Tramp sülhdən əlini üzdü, Avropa hazırlıqlara BAŞLADI – Bəşəriyyət III Dünya Müharibəsinin ASTANASINDA

Görünən odur ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülhün əldə ediləcəyinə ümidini itirib.

Belə ki, son anlara qədər Putinlə danışmağın vacib olduğunu bəyan edən Tramp artıq Rusiya prezidentini yol gətirməyin qeyri-mümkün olduğu qənaətinə gəlib. Onun nəticəsidir ki, Tramp Ukraynaya silah tədarükünü davam etdirəcəyini bəyan edib. O, eyni zamanda, Rusiyaya qarşı ciddi sanksiyaların olacağının da anonsunu verib. 

Digər tərəfdən Vaşinqtonun Pekinlə münasibətləri də gərginləşməkdə davam edir. Çin əlverişli fürsət gözləyir ki, Tayvana hücum etsin. Bu isə ABŞ-ın maraqlarına cavab vermir.

Avropanın özü də ciddi şəkildə müharibəyə hazırlaşır. NATO baş katibi 5-7 ilə Rusiyanın NATO ölkələrinə hücum edəcəyini proqnozlaşdırıb. Bu əsasda NATO üzvü olan Avropa ölkələri də öz hərbi büdcələrini ÜDM-nin 5 faizinə qaldırmaq qərarına gəliblər.

Prosesin gedişi belə düşünməyə əsas verir ki, hər şey III Dünya Müharibəsinin alovlanmasına doğru gedir.

Görəsən, belə bir ehtimal nə dərəcədə realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin sədri Fərhad Məmmədov növbəti dünya müharibəsinin başlanması ehtimalını elə də real saymır:

“Trampın son günlər səsləndirdiyi  bəyanatlarındakı dəyişkənlik əslində yeni bir şey deyil. Bu onun danışıqlarda fəal vasitəçi kimi atdığı addımlardır. Bununla nəinki mövqeləri uzlaşdırmaq istəyir, əksinə tərəflərə təsir etməyi düşünür. Ona görə də Trampı fəal vasitəçi adlandırırlar. Bu da özünü Rusiya tərəfi daha sərt mövqe sərgiləyirsə, Ukraynaya silahların verilməsini təmin edir. Başqa bir tərəfdən də Ukrayna daha barışmaz mövqe sərgiləyirsə, ona silahların verilməsini qadağan edir”.

Ekspert qeyd edir ki, Tramp əsas məqsədinə çatıb:

“Ukraynaya silahları pulsuz vermir. Avropanın pulu ilə verir. İkinci məqam isə odur ki, o artıq Ukrayna-Rusiya məsələsində tələsmir. Bu da onun Yaxın Şərq məsələsində uğur qazanması ilə əlaqədərdır. Nəticədə Rusiya-Ukrayna müharibəsi artıq onun üçün bir nömrəli prioritet deyil. Bütün bunların fonunda, tərəflərin bir-birinə qarşı həddən artıq kəskin mövqe sərgiləmələrinə rəğmən III Dünya Müharibəsinin başlanması ehtimalı elə də böyük deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

End of content

No more pages to load

RADİO