Trampdan Rusiyaya gözlənilməz ZƏRBƏ – Ukrayna savaşı yeni mərhələyə QƏDƏM QOYUR

ABŞ-nin Müdafiə Nazirliyi Amerika administrasiyasının Ukraynaya əlavə müdafiə silahları göndərmək planlarını təsdiqləyib.

Mətbuatın yazdığına görə, bu barədə ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib:

“Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi dayanıqlı sülhə nail olmaq və ölümləri dayandırmaq üçün çalışarkən ukraynalıların özlərini müdafiə edə bilmələrini təmin etmək üçün Ukraynaya əlavə müdafiə silahları göndərir”.

Parnell onu da qeyd edib ki, Pentaqon dünyada hərbi təchizatların nəzərdən keçirilməsi planlarına sadiq qalır.

Qeyd edək ki, bundan bir qədər əvvəl Tramp ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirəcəyini bəyan edib.

ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Ukraynaya bir az da silah göndərəcəklərini deyib:

"Biz bunu etməliyik, çünki onlar çox əziyyət çəkiblər. Bu qədər insan ölür".

Buradan göründüyü kimi, ABŞ Ukraynaya silah yardımını bərpa edir. Halbuki daha əvvəl onlar ABŞ-ın başqa bölgələrdəki mühüm məqsədlərini nəzərə alaraq, Ukraynaya bir sıra vacib silahların tədarükünü dayandıracaqlarını bildirirdilər.

Başqa bir tərəfdən onu da vurğulayaq ki, Trampın müharibəni bitirmək planı demək olar ki, uğursuzluğa düçar olub. Bu yöndə ABŞ adminstrasiyasının atdığı addımlar nəticə verməyib. Rusiya atəşkəs deyil, məhz müharibəni davam etdirməkdə maraqlı olduğunu ortaya qoyur.

Mövcud vəziyyətdə Tramp adminstrasiyası da uzun fasilədən sonra nəhayət Kiyevə silah yardımını bərpa edir.

Ukraynada savaş daha nə qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, Ukraynadakı müharibənin bundan sonra daha nə qədər davam edəcəyi Kiyevə veriləcək silahların növlərindən asılıdır:

“Uzunməsafəli ATACMS taktiki ballistik raketləri veriləcəksə, bu müharibənin tez qurtarmasını da sürətləndirəcək. Habelə Ukraynaya daha çox Hava Hücumundan Müdafiə Sistemləri göndəriləcəksə, Kiyev onları bütün döyüş xətti boyu yerləşdirmək imkanı əldə edəcəksə, bu da ruslar üçün cəhənnəm olacaq.

Başqa bir tərəfdən, ABŞ başda olmaqla Qərb bəzi silah növlərinin Ukraynada istehsalına yardım göstərsə, bu da müharibənin gedişini dəyişə bilər. Məsələn, özüyeriyən artileriya qurğuları, suda üzən tanklar. Bir sözlə, Avropanın maliyyə dəstəyi fonunda ABŞ lazımi silahları versə, müharibə uzanmayacaq. Əks halda, cüzi silah yardımları fonunda müharibə hələ xeyli müddət davam edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

End of content

No more pages to load

RADİO