Rusiya Şimali Koreyaya qapılarını açdı – Təcili Koreya dili bilən işçilər axtarılır!

Postsovet ölkələrindən olan miqrantları hədəf aldığı üçün meydanı boş qalan Rusiya yeni əmək bazarı formalaşdırır. Bu məqsədlə Rusiya Şimali Koreyadan minlərlə işçi qəbul etməyə hazırlaşır.

Artacaq əmək qüvvəsi tələbatını qarşılamaq üçün Koreya dilini bilən tərcüməçilərin işə qəbulu prosesi sürətləndirilib.  

Hazırda Koreya dili ilə bağlı elanlarda əsasən tikinti, emal və kənd təsərrüfatı, hətta hərbi sahələrdə sərbəst baş çıxara biləcək tərcüməçilər axtarılır.  

Beynəlxalq müşahidəçilər bu prosesi Rusiyanın Qərbin sanksiyalarına qarşı alternativ əmək bazarı axtarışında olması ilə əlaqələndirirlər. Şimali Koreya isə öz növbəsində bu əməkdaşlıqdan valyuta qazanmaq və rejimin iqtisadi dayanıqlığını təmin etmək üçün istifadə edir. Hökumət işçilərin qazancının böyük hissəsini mərkəzə yönəldir, bu da rejim üçün iqtisadi dəstək deməkdir.

Pxenyan qadağaları pozur?

Maraqlıdır ki, BMT-nin sanksiyalarına görə Şimali Koreyanın xaricə işçi göndərməsi rəsmi şəkildə qadağandır. Bəs Pxenyan öz vətəndaşlarını işçi olaraq Rusiyaya necə göndərməyi düşünür? O da iddia olunur ki, bu əməkdaşlıq qeyri-rəsmi kanallarla həyata keçiriləcək. Hərçənd Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu “qeyri-rəsmi kanal” sayılmaz. Belə ki, institut Koreya dilindən hərbi tərcüməçilər üçün vakansiya açıb.

Tərcüməçi vakansiyaları sosial şəbəkələrdə də aktivdir. Telegram kanalında  Sankt-Peterburq və ətraf vilayətində tikinti işçiləri ilə işləmək üçün Koreya dili üzrə mütəxəssis axtarıldığı qeyd olunur. Bundan başqa, işgüzar səfərlər üçün də tərcüməçilər axtarılır. Məsələn, “Excelsior Autsorsing” şirkəti Şimali koreyalı tərəfdaşlardan ibarət nümayəndə heyətini müşayiət etmək üçün müvafiq elan dərc edib.

İyunun sonuna olan statistikaya görə, Şimali koreyalılar Rusiyada işləmək üçün 153 min müraciət edib. Hazırda ölkədə 15 minə yaxın KXDR vətəndaşı işləyir, ilin sonuna qədər bu sayı 50 minə çatacağı bildirilir.

“Daily Storm” yazır ki, Rusiya kəskin kadr çatışmazlığı yarandığı üçün hazırda tək güvəndiyi ölkə olan Koreya Xalq Demokratik Respublikasından (KXDR) işçilər istəməli olur. Siyasi ekspertlər isə başqa fikirdədirlər. Mütəxəssislər bu prosesi təkcə iqtisadi zərurət kimi deyil, həm də siyasi yaxınlaşma kimi dəyərləndirirlər.

İşçi qüvvəsi mübadiləsi sadəcə aysberqin görünən tərəfidir

Ümumiyyətlə, Moskva ilə Pxenyan arasında münasibətlər son aylarda daha da yaxınlaşıb. Tərəflərin hərbi, iqtisadi və diplomatik əməkdaşlıqları var. Son vəziyyət onu göstərir ki, həqiqətən də Rusiyanın Şimali Koreyadan işçi qüvvəsi gətirməsi və koreya dilini bilən tərcüməçilər axtarması təkcə əmək bazarının boşluğunu doldurmaqdan irəli gəlmir. İşçi qüvvəsi mübadiləsi bu əməkdaşlığın sadəcə bir hissəsidir.

Bu həm də geosiyasi yanaşmanın göstəricisidir. Qərbin siyasi və iqtisadi basqıları qarşısında tərəfdaşlar axtaran Rusiya əsasən İran və Şimali Koreyaya doğru meyillənib. Amma rəsmi Moskva üçün bu iki ölkə arasında “güvən” baxımından ciddi fərqlər var. İranın Rusiya ilə strateji əməkdaşlığı davam edir, ancaq ölkə prezidentin azərbaycanlı olması, bəzən də Tehranın öz maraqlarına uyğun olaraq Çin və ya Qərblə dialoqa girməsi Kremli ehtiyatlı olmağa sövq edir.

Şimali Koreya və Rusiya eyni gəmidədirlər

Düzü, Rusiyanın yalnız Şimali Koreyaya güvəninə də inanmaq olmaz. Bu, Rusiya kimi hiyləgər siyasətli ölkə üçün mübaliğəli səslənir. Rus ayıyla bir süfrədə oturar, amma çomağını da dizinin dibində hazır saxlayar. Həm də ümumiyyətlə əksər ölkələrin bir-birinə olan “güvəni” sabit qalmır, vaxtaşırı şərtlərə görə dəyişir. Sadəcə olaraq Şimali Koreya və Rusiya hazırda eyni gəmidədirlər. Qərbin sərt sanksiyalarına məruz qalan Rusiya, Şimali Koreya kimi təcrid olunmuş ölkələrlə yaxınlaşmağa məcburdur. Başqa sözlə, cəhənnəm yolunda özünə yoldaş axtarır. Digər tərəfdən ideoloji yaxınlıq da var: Rusiya keçmiş sosialist ittifaqın varisi, Şimali Koreya da hazırda mərkəzləşdirilmiş unitar sosialist dövlətdir (özləri buna çuçxe deyir, yəni milli kommunist ideologiyası). Ona görə də Rusiya bu dəqiqə ən risksiz müttəfiq olaraq Şimali Koreyanı görür.

İranla, əlbəttə, strateji tərəfdaşlıq davam edir. Rusiya və İran enerji bazarlarında və sanksiyalardan yayınmaq yollarında əməkdaşlıq edir. Rusiya üçün İran faydalıdır, amma tam kürəyini söykəyəcək qədər də dəyərli müttəfiq deyil. 

Şəfiqə Şəfa, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

End of content

No more pages to load

RADİO