91 qadını öldürən, 14 il sonra tutulan manyakdan tükürpərdən ETİRAFLAR – FOTO

“Anqarsklı manyak” ləqəbli bu keçmiş polis işçisini öz həmkarları illərdir axtarıb. 14 il sonra qatili tutmaq mümkün olub. Son bir ildə isə onun tükürpədən cinayətlərinin sayı-hesabı tutulur. Hələ açılmayan cinayət işləri də var.

Hazırda bu cinayətkarın hesabında 88 cəsəd və üç adam öldürməyə cəhd var. Bu onu rus manyaklarından ən qanlısı edir. Anqarsk Şəhər Məhkəməsinə seriyalı qatil Mixail Popkova qarşı yeni iş üzrə materiallar daxil olub.

Hədəfi qadınlar olub

Bizim.Media Qazeta.ru-ya istinadən bildirir ki, əsasən baltayla “işləyən” qatilin hədəfi qadınlar olub.  

Şəhərdə bütün bu qətllərin bir nəfər tərəfindən törədildiyi versiyasını  ilk dəfə Rusiya Federasiyası Baş Prokurorluğunda mühüm işlər üzrə böyük müstəntiq Valeri Kostarev səsləndirib. O, qatilin hüquq-mühafizə orqanının əməkdaşı olduğunu da ehtimal edib. Bundan sonra bütün polis əməkdaşları dindirilib. 2011-ci ilin iyununda 48 yaşlı təqaüdçü Mixail Popkovun dindirilmək növbəsi gəlir. İdmançı, keçmiş polis zabiti – hamı onun haqqında məsuliyyətli, operativ və bilikli bir işçi kimi danışırdı.

Təqaüdə çıxdıqdan sonra taksi sürüb, qəbir qazıb, Vladivostokdan Anqarska sifarişlər aparıb-gətirib. Yəni “başını aşağı salıb” işiylə məşğul olub. Qohum-qonşuda ondan narazı qalan olmayıb.


Müstəntiqlərin səhvi onu əsəbləşdirib


Popkov Vladivostokda saxlanılıb. Müstəntiqlərin xatırlatdığı kimi, o qədər təmkinli, səlis danışığı vardı ki, özü etiraf etməsəydi, heç kim onun cinayətkar olduğunu anlamazdı. Etirafına isə sırf müstəntiqlərin yanlışından qıcıqlanması səbəb olub. Onu idarəyə gətirəndə divarda iddia edilən cinayətlərinin yerlərini göstərən xəritə varmış. O, bir neçə saniyə səssizcə baxıb, sonra işarələrdən birini göstərərək deyib: “burda səhv etmisiniz, onu sol tərəfdə öldürdüm”.
 

Sonrakı bir neçə il ərzində müstəntiqlər Mixail Popkovun “nazıyla oynayıblar”. Qatil ancaq sübuta yetirilmiş cinayət işləri haqqında danışmağa razılıq verib. Yəni “əziyyət çəkib tapın, mən də danışım”.


Qadınlar bilmədən öz ölüm əmrini imzalayırdılar

İtirəcək heç nəyi olmayan Popkov buna görə peşmançılıq hissi keçirmirdi və özünü “təmizləyici” hesab edirdi. Çox vaxt qurbanları taksi sürərək axtarırmış. Söhbət əsnasında qadın sərnişinin ünsiyyətcil olduğu ortaya çıxarsa, ona içki təklif edirmiş.

Razılaşan qadın öz ölüm əmrini imzalamış olurdu. Cinsi əlaqədən sonra Popkov hər yeni qurbanını vəhşicəsinə qətlə yetirirmiş. Əsasən baltayla daha rahat, əziyyət çəkmədən öldürdüyünü deyirdi. Əl altında baltası olmayanda maşınındakı kürək, çəkic, yəni əlinə nə keçsə, işinə yarayırdı.

Hərtərəfli məhkəmə psixoloji-psixiatrik ekspertizası onun tam sağlam olduğunu müəyyən edib. Yəni Popkov bunların hamısını anlaqlı vəziyyətdə edib. İstintaq zamanı rəy verən psixiatrlar bunun xəstəlik deyil, xarakter patologiyası olduğunu bildiriblər.

Qeyd edək ki, Mixail Popkov iki dəfə ömürlük həbs cəzasına məhkum edilmiş yeganə rusiyalıdır.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

End of content

No more pages to load

RADİO