Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi

“Tatarıstanın rəisi Rüstəm Minnixanov Moskvanın təzyiqi altındadır. Moskvadakı mənbələr respublika rəhbərindən beynəlxalq fəaliyyətini azaltmağı tələb edən siqnallar göndərir”.  

Bizim.Media xəbər verir ki, bu barədə kompromat.ru nəşri yazır.   

“Kreml Tatarıstanın federal gündəliyi nəzərə almadan xarici əlaqələr yaratmasından, beynəlxalq forumlarda iştirak etməsindən və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr qurmasından narazıdır” deyə, iddiada bildirilir. 

Bildirilir ki, Minnixanovun bu yaxınlarda Türkiyəyə səfəri zamanı  prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşü Kremldə əlavə suallar yaradıb.

“Səfər müvafiq federal strukturların iştirakı və ya koordinasiyası olmadan həyata keçirilib və bu, Tatarıstanın paralel xarici siyasət kursu formalaşdırdığına dair şübhələri artırıb. Mərkəz bunu birbaşa təhlükə kimi qəbul edib” deyə, xəbərdə bildirilir. 

O da iddia olunur ki, Rusiya Federasiyasının subyekti olan Tatarıstanın guya müstəqil siyasəti Moskvada qıcıq doğurur. Bu səbəbdən Kazan rəbərinin  səlahiyyətlərinin və xarici siyasət təşəbbüslərinin “yumşaq şəkildə məhdudlaşdırılması” müzakirə edilir.

Bu məhdudlaşdırma Tatarıstanın xaricdəki əsas diplomatik və ticarət-iqtisadi nümayəndəliklərində rotasiya, beynəlxalq platformalarda iştirakın azaldılması, habelə respublikanın yüksək vəzifəli məmurunun səfərləri və görüşlərinə federal nəzarətin gücləndirilməsi daxil ola bilər. 

O da iddia olunur ki, Minnixanovun Türkiyə, İƏT ölkələri və ərəb monarxiyaları ilə əlaqə kanallarına xüsusi diqqət yetirilir. Moskva subyektlərin xarici siyasətinə, xüsusən də həssas sahələrə nəzarəti  gücləndirmək niyyətindədir.

Beləliklə, görünən odur ki, Moskva əlavə hay-küy yaratmadan milli subyektlərə nəzarəti gücləndirmək niyyətindədir.

Bu səbəbdən ən güclü və inkişaf etmiş Tatarıstanın və onun nüfuzlu rəhbəri Minnixanovdan başlamaq qərarı verilib.

Türkiyə prezidenti Ərdoğanla görüşə gəlincə, prezident nazirlərlə görüşündə Tatarıstan rəhbərinin Ankarada olduğunu öyrənib.  Prezidentə məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib. Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb.

O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, – deyə Ərdoğan bildirib. (musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

End of content

No more pages to load

RADİO