Ruslar qıtlıq qorxusuna düşüblər – Azərbaycan məhsullarını necə ƏVƏZLƏYƏCƏKLƏR?

Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı zorakılığından sonra yaranmış gərginlik Rusiya rəsmilərindən çox, sadə vətəndaşları narahat edib. Ruslar münasibətlərinin kəskinləşməsi səbəbindən bazarlarda meyvə-tərəvəz qıtlığından qorxuya düşüblər.
 

Rusiyalı iqtisadçı Aleksandr Suetin soydaşlarını inandırmağa çalışıb ki, qısa müddətdə Rusiya bazarlarında azərbaycanlı sahibkarların bazardan müəyyən sıxışdırılması gözlənsə də, uzunmüddətli perspektivdə iqtisadi sağlam düşüncə üstünlük təşkil edəcək və iki ölkənin birgə əməkdaşlığı davam edəcək.


“Son bir neçə gündə Azərbaycanla münasibətlər gərginləşib. Bu vəziyyəti ortaq ticarət dövriyyəsini pisləşdirmədən diplomatik vasitələrlə həll etmək olardı. Ölkələr arasında ticarət dövriyyəsi demək olar ki, 5 milyard dollar təşkil edir. Azərbaycanın tərəvəz və meyvələrinin əsas istehlakçıları Rusiyadır”. 

Suetin bildirir ki, bazarlarda bahalaşmadan qorxmağa ehtiyac yoxdur.

“Yeni məhsulun vaxtı yaxınlaşır və qiymətlər ənənəvi olaraq aşağı düşəcək. Rusiyada təzə məhsul yığılıb emal olunana qədər (təxminən oktyabrda) Rusiya-Azərbaycan əməkdaşlığı üçün çox güman ki, müəyyən həll yolu tapılacaq. Əgər bu həll Rusiya istehlakçısı üçün əlverişsiz olarsa, o zaman məhsulun əvəzlənməsi yolları tapılacaq”.

Amma iqtisadçı ekspert Akif Nəsirli rusiyalı həmkarından fərqli düşünür. Rusiyanın Azərbaycana alternativ saydığı ölkələrin də miqrantları mütəmadi olaraq Rusiyada təzyiqlərə məruz qalır.

“Rusiyanın ümumiyyətlə miqrant siyasəti yanlışdır. Nəzərə alsaq ki, Rusiyada işləyən əhali çox azdır. Yəni Rusiyanın işçi qüvvəsi miqrantlar və ya qeyri-rus vətəndaşları hesabınadır. Rusiya iqtisadiyyatının, daxili ticarətinin sütunu miqrantlardır. Onlarsız Rusiyanı təsəvvür etmək mümkün deyil.  Bu gün həm digər etnik qruplara, həm də azərbaycanlılara qarşı təzyiqlər davam edir. Bu təzyiqlərə görə də həmin miqrantların fəaliyyəti iflic olur. Bunun nəticəsində də məhsul qıtlaşır. Bazara məhsul çıxaran şəxslər sıxışdırılır, həbs olunursa, təbii ki onun biznesi də dayanacaq”. 

Rusiya cəmiyyətində narazılıqlar artacaq

Ekspert bildirir ki, Rusiyada onsuz da çox ciddi inflyasiya gedir. Rusiyaya tətbiq edilən sanksiyalar, gündəlik müharibə xərcləri və s. maliyyə-kredit siyasətində axsamalara gətirib çıxarır. Bu son hadisələr qiymətlərin bahalaşmasına inflyasiyanın sürətlənməsinə imkan yaradır.

Ona görə də Rusiyanın hazırda yürütdüyü bu puç siyasəti uzun müddət davam edə bilməz. Belə getsə, bu siyasət Rusiya daxilində sosial partlayışlara, hakimiyyət böhranına gətirib çıxara bilər.

Ehtiyac rusları dizə gətirəcək

A.Nəsirli həmçinin diqqətə çatdırıb ki, hazırda Rusiyanın əksər ölkələrlə münasibətində dalğalanma müşahidə edilir.

“Rusiya dayanıqlı bir dövlət deyil. Əgər Rusiya və Azərbaycan arasında münasibətlər yenidən normallaşarsa, ikitərəfli əlaqələr bərpa oluna bilər. İndiyə qədər münasibətlərin bu cür korlanmasını, qırılmasını dəfələrlə görmüşük. Hesab edirəm ki, bu da onlardan biridir. Azərbaycanla münasibətləri düzəltmək Rusiyanın özü üçün vacibdir. Ticari əlaqələrin bərpası da elə Rusiya tərəfinin ehtiyacı səbəbindən baş verəcək”. 

Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah yağış YAĞACAQ

Sabah yağış YAĞACAQ

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Abbas Bağırov Bakıdan köçdü

Abbas Bağırov Bakıdan köçdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

Goranboyda DƏHŞƏT - Qonşusunu döyərək öldürdü

End of content

No more pages to load

RADİO