Şimali Koreya Ukraynada ölən əsgərlərini DƏFN ETDİ

KXDR-in mərkəzi televiziyası Ukraynadakı döyüşlərdə həlak olan Şimali Koreya əsgərlərinin dəfn mərasimini nümayiş etdirilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, görüntülər Rusiya ilə tərəfdaşlığın ildönümünə həsr olunmuş konsert zamanı yayımlanıb.

Kim Çen In milli bayraqlarla örtülmüş tabutların yanında dayanıb.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, Rusiya ilə “hərtərəfli strateji tərəfdaşlıq” haqqında sazişin bağlanmasının ildönümünə həsr olunmuş konsertdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova da iştirak edib. Tamaşaçılara Şimali Koreya və Rusiya hərbçilərinin döyüş əməliyyatları bölgəsində birgə görüntüləri də nümayiş etdirilib.
 

Cənubi Koreya kəşfiyyatı qeyd edir ki, KXDR hərbi əməliyyatlar nəticəsində 600-ə yaxın itki verib, lakin konsert zamanı itkilərin dəqiq rəqəmləri açıqlanmayıb. Eyni zamanda, kəşfiyyat xidmətlərinin nümayəndələri və bir sıra Qərb mənbələri 2025-ci ilin yanvar-mart ayları arasında Şimali Koreyanın itkilərinin 4700 ölü və yaralı olduğunu iddia edir.


“Yonhap”ın xəbərinə görə, dövlət televiziyası da ilk dəfə olaraq Kim Çen Inın Kursk bölgəsini “azad etmək” üçün hərbi planları təsdiqlədiyi anı nümayiş etdirib. Onun əməliyyatlarda strateji iştirakının təsdiqi kimi 22 oktyabr, 12 və 22 dekabr 2024-cü il tarixlərində çəkilişlər göstərilib.

ABŞ, Cənubi Koreya və Ukrayna rəsmiləri daha əvvəl Şimali Koreyanın payızda Rusiyaya 10-12 min əsgər göndərdiyini iddia edib. Mart ayında Cənubi Koreya ordusu KXDR-in bu ilin əvvəlində Rusiyaya əlavə 3000 əsgər göndərdiyini bildirib. İddialara görə, Rusiya təzminat olaraq Şimali Koreyaya hava hücumundan müdafiə sistemləri, elektron müharibə avadanlığı, pilotsuz uçuş aparatları və kəşfiyyat peyklərinin orbitə buraxılması üzrə texnologiya verib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

End of content

No more pages to load

RADİO