Qara maskalı CƏLLADLAR – Rusiyada skinhedlərin işini OMON davam etdirir – GİZLİ FAKTLAR

Tarix boyu Rusiyada qeyri-ruslara qarşı şovinist siyasət yürüdülüb. Digər millətlərin nümayəndələrinə ruslar tərəfindən daim “ikinci sort” insan kimi baxılıb.

SSRİ dağılandan sonra milli-irqi ayrıseçkilik özünün pik həddinə çatıb. Həm dövlətin güc strukturları, həm də hakimiyyətin dəstəyi və xeyir-duası ilə yaradılan skinhed hərəkatı Rusiyada yaşayan qeyri-ruslara qarşı qeyri-insani və alçadıcı mübarizə yolunu tutublar.

Skinhed hərəkatı

Rusiyada 1990-cı illərin əvvəllərində yaranan skinhed hərəkatı əsasən irqi üstünlük və ağların üstünlüyü ideyalarını təbliğ edən millətçi təfəkkürlü qruplar tərəfindən formalaşmışdı. Qərbi Avropa skinhedlərindən fərqli olaraq, rus skinhedləri demək olar ki, hamısı radikal millətçi görüşləri ilə seçilirdi. Onlar qeyri-qanuni immiqrasiya, qarışıq nikahlar və homoseksuallığa qarşı çıxan ifrat irqçi, antisemit və ksenofob mövqeləri ilə avropalı “həmkar”larından fərqləniblər.

Skinhedlər ağların üstünlüyünə inanır və irqi separatizmə can atırlar. Onların ideologiyasına Hitlerin və nasist hərəkatının digər liderlərinin şəxsiyyət kultu daxildir. Skinhedlər son 35 ildə “qaralar”a qarşı amansız mübarizə aparıblar. Bu hərəkatdan ən böyük zərər görən əmək miqrantları olub. Çünki Rusiyada miqrantlar bir çox hallarda qeyri-leqal şəraitdə yaşayıb işləyiblər. Bu faktordan istifadə edən skinhedlər “qaralar” adlandırdıqları digər millətlərin nümayəndələrinə qarşı kütləvi hücumlar edib, hətta onların ölümünə səbəb olublar.

Təbii ki, bu hərəkat mərkəzi hakimiyyətin maraqlarına xidmət etdiyi üçün hər zaman skinheadlər cəzadan yaxa qurtarıblar.

“Rus dəyənəyi” - OMON

Rusiya hökumətinin şovinizm, islamafobiya, faşizm, irqçilik siyasətində əsas dəyənəyi kimi son dövlərdə OMON qüvvələri ön plana çıxır. Onlar faktiki olaraq skinhedlərin yolunu davam etdirirlər.

Bu başıpozuq dəstənin üzvləri davamlı olaraq ictimai yerlərə və hətta evlərə soxularaq miqrantları aşkarlayıb, onlara qarşı qanundankənar cəza tədbirləri görüblər. OMON qüvvələri daha da irəli gedərək etnik azlıqlara işgəncə verməkdən də çəkinməyiblər.

Üstəlik, skinhedlərdən fərqli olaraq dövlət adı altında çalışmaları onların daha radikal tədbirlər görmək üçün imkanlarını genişləndirib. Bunun nəticəsidir ki, son illərdə OMON tərəfindən miqrantlara, xüsusilə də müsəlmanlara qarşı çoxsaylı zorakılıq və hücum hallarına yol verilib.

OMON-un miqrantlara qarşı hücumları

2013-cü ildə Moskvanın Biryulyovo rayonunda etnik azlıqlara qarşı sosial gərginlik pik həddə çatdı. Bir miqrantın yerli sakini öldürdüyü iddiası ilə başlayan etirazlar küçə savaşına çevrildi. Buna cavab olaraq, OMON bölmələri yüzlərlə Orta Asiyalı miqrantı sərt şəkildə cəzalandırdı. Miqrantlara qarşı kütləvi reydlər aparıldı, onlar sərt işgəncələrə məruz qalaraq, məcburi deportasiya olundular.

Bu hadisədən az sonra 2013-cü ildə Sankt-Peterburqda yerləşən miqrant yataqxanasına gecəyarısı reyd təşkil olunub. 20-yə yaxın maskalı OMON əməkdaşı yataqxanada yaşayan müsəlman miqrantları döyüb, onlara sənədlərini göstərməyə belə imkan verməyiblər.
 

Rusiyanın “qanun keşikçiləri”nin daha bir iyrənc hərəkəti 2015-ci ildə qeydə alındı. Moskva və ətrafında “profilaktik tədbir” adı ilə həyata keçirilən əməliyyatlarda miqrantlar kütləvi şəkildə saxlanıldı. Daxili İşlər Nazirliyi bu reydləri cinayətkarlığa qarşı mübarizə kimi təqdim etsə də, reallıqda proses zorakı rəftar və kütləvi insan haqları pozuntuları ilə müşahidə olundu.


2016-cı ildə Rusiyanın bir sıra regionlarında, xüsusilə Sibir və Ural zonalarında OMON əmək miqrantlarının çalışdığı zavodlara reydlər təşkil edib. Onlardan bir çoxu fiziki zorakılığa məruz qalıb. Üstəlik, bəzi miqrantlar sənədlərinin olmaması ilə bağlı yalançı bəhanə ilə deportasiya olunublar.

2018-ci ildə yol polisinə dəstək adı altında reydlərə cəlb olunan OMON əməkdaşları Moskvadakı bazarlarda Orta Asiya və Qafqaz mənşəli miqrantlara qarşı daha sərt üsullara əl atıb. Saxlanılanların ifadəsinə görə, həmin vaxt OMON onlara qarşı işgəncə hallarına da yol verib: “Bizimlə insan kimi yox, düşmən kimi rəftar olunurdu”.

2024-cü ilin aprelində Moskva ətrafında tacik miqrantların yaşadığı yataqxanaya OMON-un reydi zamanı onlarla insan saxlanılıb. Hətta işləmək icazəsi olan şəxslər belə zorakılığa məruz qalaraq deportasiya ediliblər.

2025-ci il iyunun 8-də Rusiya təhlükəsizlik qüvvələri Moskvanın Stroqino rayonunda miqrantlara qarşı reyd keçirib. Yoxlama MDB ölkələri vətəndaşlarının yaşadığı Rusiya Müdafiə Nazirliyinin obyektlərindən birinə məxsus yataqxanada aparılıb. Reyd zamanı OMON əməkdaşları Mərkəzi Asiyadan olan işçi miqrantlara qarşı son dərəcə kobud davranıblar. Onlar döyülüb, təhqir edilib, hətta bəzi şəxslər elektrik cərəyanına məruz qalıb.

Rusiya hakimiyyəti OMON-un cinayətlərinə “yaşıl işıq” yandırır...

Göründüyü kimi, Rusiyada miqrantlar tez-tez hüquqlarının pozulması ilə nəticələnən yeni inzibati məhdudiyyətlərə məruz qalırlar. Rusiya rəsmiləri cəmiyyətdə irqçi və anti-miqrant əhval-ruhiyyəsini qızışdırmaq üçün  OMON və skinhedlərin imkanlarından bacardıqca böyük ölçüdə yararlanır.

Nəzərə alaq ki, Rusiyada işçi çatışmazlığı var. Xüsusilə də “qara” işlər üçün hər zaman işçiyə ehtiyac olub. Ona görə də miqrantlar bu ölkəyə axın edirlər. Lakin Rusiya hakimiyyətinin şovinist və islamofobiya siyasəti miqrantları ən adi insani hüquqlardan məhrum edib. Qeyri-rus olduqları üçün miqrantlar heç bir orqana şikayət edə bilmir. Müracət edənlərsə ağır cəzalara məruz qalırlar.

Təsadüfi deyil ki, beynəlxalq hesabatlarda Rusiyadakı islamofobiya, irqi-ayrı seçkilik bir qayda olaraq kəskin tənqid edilib. Lakin rəsmi Moskva bir qayda olaraq beynəlxalq hesabatlara məhəl qoymayıb. Buna görə də OMON başda olmaqla Rusiyanın hüquq-mühafizə orqanları şovinist addımlarını davam etdirib. Son günlər Rusiyada baş verənlər də bu siyasətin məntiqi nəticəsidir...

Bizim.Media-nın analitik qrupu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan Həsənağa Turabovun doğum günüdür

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

End of content

No more pages to load

RADİO