İranın ali lideri: ”İran Amerikaya ağır sillə vurdu”

İsrail və İran arasında başlayan və sonradan ABŞ-ın da qoşulduğu hərbi əməliyyatlar 12-ci günündə başa çatıb. İsrail tərəfdən onlarla, İran tərəfdən isə yüzlərlə şəxs, o cümlədən yüksək rütbəli generallar həlak olub.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İranın ali lideri Əli Xamenei bəyan edib ki, 12 günlük münaqişənin nəticəsində İran İsrail üzərində qələbə qazanıb:

“Bu, İsraillə baş verən münaqişə və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra verdiyimiz ilk ictimai açıqlamadır. İlk olaraq, sionist rejim üzərində qələbə münasibətilə İran xalqını təbrik edirəm. Bu qədər gurultu, bu qədər bəyanatlarla sionist rejim az qala çökdü və İslam Respublikasının zərbələri ilə əzildi”, – deyə Xamenei IRNA agentliyinin sitat gətirdiyi video-müraciətində bildirib.

Xameneinin İran xalqına ünvanladığı ikinci təbrik “əziz İranın Amerika rejimi üzərində qazandığı qələbə” ilə bağlı olub:

“Amerika rejimi bu müharibəyə qoşuldu, çünki əks halda sionist rejimin tamamilə məhv olacağını düşünürdü. Amma bu müharibədən heç bir fayda əldə olunmadı. Bu baxımdan da İslam Respublikası qalib gəldi və Amerikaya sərt bir sillə vurdu”, – deyə o, əlavə edib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı əməliyyata başlayıb və bunu Tehranın nüvə silahı yaratmağa yaxınlaşması ilə əlaqələndirib. Hava hücumlarının hədəfi nüvə və hərbi obyektlər olub. İran eyni gün İsrailə qarşı yüzlərlə ballistik raket atıb.
 

İyunun 22-nə keçən gecə ABŞ açıq şəkildə münaqişəyə daxil olaraq İranın nüvə proqramına aid üç əsas obyektə – Natanz, Fordo və İsfahandakı obyektlərə zərbələr endirib. ABŞ prezidenti Donald Tramp bu hücumları “dünyada terrorizmin baş sponsoru” olan ölkədən qaynaqlanan nüvə təhlükəsinin qarşısını almaq niyyəti ilə izah edib. Cavab olaraq İran iyunun 23-də Yaxın Şərqdəki ən böyük ABŞ hərbi obyektini – Qətərdə yerləşən Əl-Udeyd aviabazasını raket atəşinə tutub.


İyunun 24-də prezident Tramp bəyan edib ki, İsrail və İran atəşkəsə razılaşıb və hər iki ölkə bunu təsdiqləyib. ABŞ prezidenti iddia edib ki, amerikalıların zərbələri nəticəsində İranın nüvə proqramı məhv edilib. İran Xarici İşlər Nazirliyi isə bildirib ki, ölkənin nüvə obyektlərinə ciddi zərər dəyib.

İsrail baş nazirinin ofisinin məlumatına görə, hərbi münaqişə dövründə İrana məxsus hücumlar nəticəsində 28 israilli həlak olub, 1472 nəfər yaralanıb. İranın IRIB televiziyası Səhiyyə Nazirliyinə istinadən 627 nəfərin öldüyünü, azı 4870 nəfərin isə yaralandığını bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

“Öləndə də saçım bu formada olacaq” – Niyaməddin Musayev - VİDEO

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Bu tarixə kimi yağış yağacaq – XƏBƏRDARLIQ

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

End of content

No more pages to load

RADİO