İran məhsullarına alternativ gəlir – Özbəkistan vitrinləri boş qoymayacaq

İran-İsrail münaqişəsinin uzanmasının İranın qonşu dövlətlərlə ticari dövriyyəsinə böyük zərər verəcəyi qaçılmazdır. Nəzərə alsaq ki, İrandan ən çox ərzaq və qeyri-ərzaq məhsulları idxal edən ölkələrdən biri də Azərbaycandır. Deməli bu, yerli bazara da təsirsiz ötüşməyəcək.
 

Diqqətə çatdıraq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-aprel aylarında İrandan idxal olunan 198 milyon 692 min dollarlıq mal və məhsulların mühüm hissəsini meyvə-tərəvəz, süd və süd məhsulları, qənnadı məmulatları və digər qida məhsulları təşkil edir.


Xüsusilə də son illərdə İran məhsullarının keyfiyyətinə və ucuzluğuna görə alıcılar daha çox bu ölkələrin məhsullarına üz tuturlar. Bu səbəblə də ölkənin istər iri şəhərlərində, istərsə də bölgələrində “İran məhsulları” adı ilə çoxsaylı mağazalara rast gəlirik. Görünən odur ki, daim müştərisi bol olan belə mağazalar yaxın həftələrdə boş qala bilər.

Hələ ki, satıcıların sözlərinə görə, qiymətlərdə artım yoxdur, amma bəzi məhsulların idxalı artıq dayanıb.

Bəs idxalın tamamilə dayanacağı halda, yaxud davam edərsə belə radiasiya təhlükəsi səbəbindən alıcılar bu ölkənin məhsullarından uzaq durarsa, o zaman lazımi tələbatı hansı yaxın ölkə vasitəsilə təmin etmək olar?

“Təbii ki, burada ilk olaraq nəqliyyat-daşınma xərcləri və bazarın ucuzluğu nəzərə alınacaq. Belə olan halda ən uyğun ölkə uzun illərin dostu və müttəfiqi Özbəkistan ola bilər. Çünki, Özbəkistan aqrar məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir.

Kənd təsərrüfatı sahəsində böyük potensiala sahib olan Özbəkistanın Azərbaycanla SSRİ dövründən idxal-ixracı fəal olub.  Bu gün də iqtisadi-ticari əməkdaşlığı var və dövriyyənin daha yüksək səviyyəyə qalxmasının qarşısında hansısa bir maneə yoxdur. Əlaqələrin möhkəmlənməsində prezidentlərin və digər yüksək səviyyəli rəsmilərin  mütəmadi səfər və görüşləri mühüm rol oynayıb” – iqtisadçı ekspert Namiq Həsənov Bizim.Media-ya açıqlamasında belə deyib.

Ekspertin sözlərinə görə istənilən halda Özbəkistan məhsullarının daha ucuz olub-olmaması məhsulun növündən, valyuta məzənnəsindən, nəqliyyat məsafəsindən asılı olacaq. Amma əlçatanlığını qoruyan ərzaq və qeyri-ərzaq məhsulları hələ ki var və idxalı da artırıla bilər.

 Bunların içərisində ən öndə gələn quru meyvələrdir. Əsasən ərik, qoz-fındıq, kişmiş, gavalı, əncir və s. quru meyvələri həm keyfiyyətli, həm də dadlı olur. Bundan başqa ədviyyatlar, xüsusən müxtəlif bitki çayları (həm də tibbi olmaqla), zirə, sarıkök, qurudulmuş ətirli göyərti növləri də idxal etmək olar.
 

“Ənənəvi istehsalçıdır, çoxlu istehsal olduğu üçün İrana nisbətən daha ucuz ola bilər. Bundan başqa təzə meyvə-tərəvəz də yerli bazarımıza rəng qatar. Özbəkistanda meyvə-tərəvəz daxili bazar üçün çox istehsal olunduğuna görə, məhsul bolluğu qiyməti aşağı salır. Həmçinin Özbəkistanın un və çörək məhsulları, çərəz və şirniyyatlar, bitki yağı (xüsusən pambıq və küncüt yağı) İrana nisbətən ucuz olur”.


Ərzaq məhsullarından başqa tekstil, xüsusən də pambıq məhsulları (Azərbaycandan fərqli olaraq Özbəkistan pambıq becərilməsini və sənayedə istehsalını postsovet dövründə də davam etdirib. Hazırda Özbəkistan Asiyanın əsas pambıq istehsalçılarındandır), eləcə də aqrar təsərrüfatda istifadə olunan gübrə və digər bitkiçilk dərmanları da idxal etmək mümkündür.       

Xatırladaq ki, Bakıda keçirilmiş Azərbaycan-Özbəkistan Regionlararası Forumunda    2030-cü ilə qədər Azərbaycan və Özbəkistanın illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edilmişdi. 

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda yıxılaraq xəsarət alıb - VİDEO

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

ABŞ ilə İran arasında danışıqlara rəhbərlik edən şəxs məlum olub

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Bu bürclərin bəxti açılır: Gözlənilməz qazanc gəlir

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tətildən sonra işə necə adaptasiya olmalıyıq? - ARAŞDIRMA

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Tramp Hindistanın Baş naziri ilə Hörmüz boğazını müzakirə edib

Ötən gün itkin düşənlərin sayı məlum olub

Ötən gün itkin düşənlərin sayı məlum olub

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Milyarderlər ən çox bu şəhərlərdə doğulur - SİYAHI

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Daha bir ölkə İrana görə fövqəladə vəziyyət elan etdi

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Öz qayınanası ilə EVLƏNDİ - 80 yaşı var

Bayramda çox şirniyyat yemisiniz?

Bayramda çox şirniyyat yemisiniz?

Məşhur türk serialı ekarana qayıdır

Məşhur türk serialı ekarana qayıdır

Bərzani İranı təcavüzdə ittiham etdi

Bərzani İranı təcavüzdə ittiham etdi

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi - FOTO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Simonyan "Artsax" sözü işlədən jurnalistə irad tutdu: "Qarabağ Azərbaycana məxsusdur" - VİDEO

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

Yaqub Rzazadə: “İran ABŞ-a atəşkəs barədə təkliflər göndərməyib”

İran Türkiyəyə qaz ixracını dayandırıb

İran Türkiyəyə qaz ixracını dayandırıb

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb -FOTO

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

İran müharibənin bitməsi üçün 3 şərt irəli sürüb

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Azərbaycan toyunda bu adət DƏYİŞDİ – VİDEO

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 60-dan yuxarı olanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO