Müsəlman İranın atəşpərəstliyə “GERİ DÖNÜŞÜ” – “Hörmüzün qanadları” Tehranı necə QORUDU?

Hörmüz boğazı – bu gün sadəcə geosiyasi məqsədlər üçün istifadə edilən ad deyil, həm də güc, nəzarət deməkdir. Tarixi və ədəbi yaddaşı təzələsək, nizam-intizam təcəssümü sayılan xeyir tanrısı Hörmüz daim haqqı təmsil edib. Amma bu gün onun adını daşıyan boğaz qarşıdurmaların və güc nümayişinin simvoluna çevrilib. Bu dar boğaz təkcə günümüzdə deyil, əsrlər boyu dövlətlərin strateji maraqlarının kəsişdiyi nöqtə olub.

Hörmüzə kim nəzarət edir?

Hörmüz boğazı Hind okeanının şimal-qərbində 195 kilometr uzunluğunda dar, aypara formalı keçiddir. Hörmüz Fars körfəzini Ərəbistan dənizinin şimal-qərbindəki Oman körfəzi ilə birləşdirir.
 

Boğazın dərinliyi 229 metrdir. Boğazın eni 95 km, ən dar nöqtələrində 40 km-dən azdır. Hörmüz boğazının hər iki tərəfində böyük limanlar var: İranda Bəndər Abbas və Omanda Əl-Həsab. Boğazın şimal hissəsi İranın, cənub hissəsi isə Omanın nəzarətindədir.


Hər gün Fars körfəzi ölkələrindən (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı) neft daşıyan bir neçə yüz tanker oradan keçir, ona görə də boğazın bağlanması dünyada enerji qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Əgər Tehran boğazı bağlasa, o zaman alternativ marşrutlar Hörmüzdən keçən tədarük həcminin yalnız 15%-ni kompensasiya edə bilər və mövcud boru kəmərlərinin heç biri boğazı əvəz etməyəcək.

Dava yorğan davası imiş...

Hörmüz boğazı onilliklər ərzində ABŞ-İran münasibətlərində əsas gərginlik mənbəyi olub. Yəni dava yorğan davasıdır. Tehran da boğazın ABŞ və müttəfiqləri üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilir və zaman-zaman qarşısına keçənləri boğazla qorxudur. Asayişinə təhlükə yaranarsa, gəmiçilik, daşınma problemləri ilə hədələyir. Yəni obrazlı desək, bu gün müsəlman olan İran əslində atəşpərəst köklərinə dönərək hələ də “uca Hörmüz”ün qanadları altına sığınıb.

Tarixin müxtəlif dövrlərində Hörmüzü qalxan kimi irəli verən Tehran İran-İraq müharibəsi (1980-1988) zamanı vəziyyəti ciddi şəkildə gərginləşdirmişdi. İraqı və onun müttəfiqlərini zəiflətmək üçün gəmi yollarını minalamış və tankerlərə hücum etmişdi.

İran dəfələrlə ABŞ-ın təzyiqinə cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyib. 2012-ci ildə İrana qarşı sərt sanksiyaların tətbiqindən sonra Tehran genişmiqyaslı hərbi təlimlər keçirərək boğazı bağlamağa hazır olduğunu açıq şəkildə bəyan edib.

2018-ci ildə ABŞ nüvə sazişindən çıxdıqdan sonra İran prezidenti Həsən Ruhani təhdidini təkrarladı. Bu da son hədə-qorxu: İran rəsmiləri bu dəfə İsrailin və ona yardım edən ABŞ-ın hava hücumlarına cavab olaraq boğazı bağlayacağını yenidən elan etdi. Həsən Ruhaninin təhdidlərinə o vaxt qoşulmayan İran parlamenti bu dəfə Hörmüz boğazının bağlanmasını zəruri hesab edib, lakin məsələ ilə bağlı yekun qərarı ölkənin mənəvi lideri Əli Xamenei verməlidi.

Hörmüz İranın əsas silahıdır

Hörmüz blokadası əslində İran üçün ballistik raketlərdən də güclü silahdır. Yəni İran-İsrail münaqişəsinə hələ ki tamaşaçı qalmış böyük ölkələr məhz bu boğazın bağlanmasından sonra itirəcəyi pulları hesablayıb hərəkətə keçiblər. Öncə müşahidə mövqeyində durub boğaza alterniv axtardılar, tapılmayınca müharibənin sonlanması və tərəflərin razılığa gəlməsi üçün çağırışlar etdilər.
 

Təbii ki ən çox əl-ayağa düşən Rusiya və Çindir. İranın neft ixracının böyük hissəsini satın alan, dünya ticarətində ikinci yerdə olan Çinə bu, qətiyyən sərf etmir. Hörmüz Boğazının bağlanma riskinə qarşı Çinin Xarici İşlər Nazirliyi  “Bölgənin təhlükəsizliyi ortaq beynəlxalq mənafe üçündür” deyə açıqlama verib.


Rusiya isə ümid edir ki, İran dostlarını çətin vəziyyətdə qoymaz. Hətta təklif edir ki, Tehran dost ölkələrin neft daşıyan tankerlərini boğazdan keçirib, Amerika-İsrail təcavüzünə dəstək verən ölkələri buraxmasın.

Hörmüzün bağlanması İrana da sərf etməz

Hazırda Hörmüz boğazı yüksək sürətli qayıqlara və dəniz minalarına sahib olan SEPAH Hərbi Dəniz Qüvvələrinin məsuliyyəti altındadır. Bu cür mühafizədən istifadə etməklə, istənilən vaxt daşınmanı iflic etmək mümkündür. Lakin ekspertlər hesab edirlər ki, Hörmüz boğazının nə vaxtsa tam bağlanması ehtimalı azdır. Çünki bu, elə İrana da zərər verəcək. Boğazın bağlanması ölkəni ixrac gəlirlərinin 90%-dən məhrum edəcək. İran özü boğazdan gündə təxminən 1,5 milyon barel neft ixrac edir.

Böyük ehtimalla, Tehran nə vaxtsa bu həcmdə ixrac gəlirlərindən məhrum olmaq istəməz. Təbii ki, bıçaq sümüyə dirənəndə gözünə mənfəət görünməyə bilər, amma İranın yenidən ABŞ hərbi qüvvələri ilə qarşı-qarşıya gələ bilməsi sual altındadır. Bu məntiqlə “sual altında” qalmaq, gəmilərinin su altında qalmasından hələ ki daha ağlabatan görünür.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI

Tələbə kreditləri üçün müraciət tarixi AÇIQLANDI

ABŞ-ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi təyyarə qəzasında ölənlərin xatirəsini andı – FOTO

Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu - VİDEO

Ukraynadan Rusiyaya “Milad təbriki”: Neft anbarları və qaz emalı zavodu vuruldu - VİDEO

Məhkəmədə Levon Mnatsakanyan və Arkadi Qukasyana son söz VERİLDİ

Məhkəmədə Levon Mnatsakanyan və Arkadi Qukasyana son söz VERİLDİ

Azərbaycanda un BAHALAŞDI

Azərbaycanda un BAHALAŞDI

ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert

ABŞ quru müharibə şəraitində Rusiyaya tab gətirə bilməz – Ukraynalı hərbi ekspert

“Neftçi” ukraynalı futbolçu ilə DANIŞIQ APARIR

“Neftçi” ukraynalı futbolçu ilə DANIŞIQ APARIR

Bu il Bakıda neçə məzuna qızıl nişan VERİLİB?

Bu il Bakıda neçə məzuna qızıl nişan VERİLİB?

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Yanvarın 1-dək sata bilməsələr... – RƏSMİ

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Yanvarın 1-dək sata bilməsələr... – RƏSMİ

3 nəfərin həyatını itirdiyi qəzadakı avtobuslardan biri qanunsuz fəaliyyət göstərirmiş... – RƏSMİ

3 nəfərin həyatını itirdiyi qəzadakı avtobuslardan biri qanunsuz fəaliyyət göstərirmiş... – RƏSMİ

Oqtay Əsədovun qızı vəfat etdi

Oqtay Əsədovun qızı vəfat etdi

Təltif olunanlar arasında onlar da var

Təltif olunanlar arasında onlar da var

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edildi

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar çıxardı

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Deputatdan SƏRT ETİRAZ: “Əvvəl rekord qiymət qoyur, sonra guya endirim edirlər”

Avtobuslar yanvarın 1-də saat neçəyədək fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Avtobuslar yanvarın 1-də saat neçəyədək fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Bakıda yataqxana binasında YANĞIN – YENİLƏNİB

Bakıda yataqxana binasında YANĞIN – YENİLƏNİB

Prezident Türkiyə ilə imzalanan tarixi Memorandumu TƏSDİQLƏDİ

Prezident Türkiyə ilə imzalanan tarixi Memorandumu TƏSDİQLƏDİ

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

End of content

No more pages to load

RADİO