Xəbər verdiyimiz kimi İran Silahlı Qüvvələri ABŞ bazalarına qarşı “Bəşarat əl-Fəth” (“Qələbə müjdəsi”) kod adlı əməliyyata başlayıb
Bizim.Media xəbər verir ki, ABŞ-ın İraqdakı aviabazası maksimum hazırlıq vəziyyətinə gətirilib.
“Reuters”in məlumatına görə, şəxsi heyətə bunkerlərə sığınmaq əmri verilib.
Qeyd edək ki, İran ordusu Qətərdəki Əl-Udeyddəki ABŞ hərbi bazasına zərbələr endirib. Bəhreyn və Küveytdə də hava hücumu xəbərdarlığı edilib.
Bizim.Media