ABŞ-ın İrana qarşı gizli əməliyyatının DETALLARI AÇIQLANDI - FOTO

ABŞ-ın hərbi-siyasi rəhbərliyi İranın nüvə obyektlərinə qarşı həyata keçirilmiş genişmiqyaslı və tam məxfi hərbi əməliyyatın – “Midnight Hammer”in təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər evrir ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Keyn bildirib ki, bu əməliyyat çox mürəkkəb və yüksək riskli xarakter daşıyıb və onun hazırlığı barədə cəmisi bir neçə nəfər məlumatlı olub.

General Keynin sözlərinə görə, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) general Erik Kurillanın rəhbərliyi ilə əməliyyatı dəqiqliklə planlaşdırıb və həyata keçirib. Əsas hədəflər Fordo, Natanz və İsfahan bölgələrində yerləşən nüvə obyektləri olub.

Əməliyyat zamanı istifadə olunan silahlar arasında ABŞ-ın ən güclü qeyri-nüvə bombası olan GBU-57 MOP (Massive Ordnance Penetrator) da yer alıb. Bu bomba 13,6 ton çəkidədir və onun 2,4 tonu partlayıcı maddədir. MOP bombası 60 metr dərinliyə nüfuz edə bilir və ABŞ arsenalındakı ən ağır və dağıdıcı qeyri-nüvə silahı hesab olunur.
 

Əməliyyat 21 iyun tarixində, ABŞ şərq saatı ilə 17:00-da (İran vaxtı ilə 02:10-da) start götürüb. ABŞ-ın materik hissəsindən havaya qalxan 7 ədəd B-2 bombardmançısı 18 saatlıq uçuşla İran ərazisinə doğru hərəkət edib. Əlavə olaraq, diqqəti yayındırmaq üçün bəzi hissələr Sakit okean istiqamətinə yönləndirilib.


Bununla paralel olaraq, CENTCOM-ın məsuliyyət zonasında yerləşən ABŞ sualtı qayığı İsfahanda yerüstü infrastruktur obyektlərinə 20-dən çox Tomahawk qanadlı raketi buraxıb. Bu raketlər bombardmançıların hücumlarını dəstəkləmək və hədəf koordinasiyalarını zəiflətmək məqsədi daşıyıb.

İran hava məkanına daxil olan B-2 təyyarələri qırıcıların müşayiəti ilə hərəkət ediblər.

İlk bombalar – iki ədəd GBU-57 – Fordo obyektinə atılıb.

Ardınca Fordo və Natanz obyektlərinə ümumilikdə 14 bombanın atıldığı bildirilir.

Zərbələr şərq vaxtı ilə 18:40 – 19:05 arasında həyata keçirilib. Əməliyyatdan sonra bombardmançılar heç bir itki vermədən İran hava məkanını tərk edib. General Keyn qeyd edib ki, əməliyyat zamanı ABŞ təyyarələrinə heç bir hücum olmayıb.

Pentaqon rəhbərliyi bildirib ki, bu əməliyyatın planlaşdırılması aylarla çəkib. ABŞ Prezidenti Donald Trampın göstərişi ilə hazırlanan plan, düşməni aldatmaq və koordinasiyalı zərbə ilə müqaviməti sıfıra endirmək məqsədini daşıyıb.

Tramp əməliyyatdan sonra verdiyi açıqlamada bildirib ki, bu zərbənin məqsədi İranın nüvə təhlükəsini tamamilə aradan qaldırmaq olub və hədəf obyektlər “tam şəkildə məhv edilib.”

Zərbədən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ı qətiyyətli cavabla hədələyib. SEPAH-ın açıqlamasına görə, təyyarələrin haradan qalxdığı barədə kəşfiyyat məlumatları əldə edilib və “ABŞ bu hücumlara görə peşman olacaq.”

“Midnight Hammer” əməliyyatı təkcə hərbi zərbə deyil, bu, geosiyasi mesajdır. ABŞ göstərdi ki, zəruri hesab edərsə, qlobal diplomatiyanı bir kənara qoyub, sərt və texnoloji cəhətdən yüksək səviyyədə zərbələr endirməyə qadirdir.

İndi isə dünya birliyi İranın cavab addımını və mümkün gərginliyin miqyasını izləməkdədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Həyat yoldaşının maşınını nikah şəhadətnaməsi ilə sürmək mümkündür?

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Bəhram Elnur Məmmədovdan YAZDI: “Məni onun yumoru sayəsində tanıyırdılar” - FOTO

Millimiz Bolqarıstanla heç-heçə etdi

Millimiz Bolqarıstanla heç-heçə etdi

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

Ukraynadakı müharibə daha 3 il davam edə bilər

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

“Qarabağ” belaruslu qapıçı ilə danışıq aparır

Qazaxda yanğın - VİDEO

Qazaxda yanğın - VİDEO

End of content

No more pages to load

RADİO