Xameneyini qoruyan gizli DƏSTƏ – Onların varlığından SEPAH-ın da xəbəri yox imiş...

“İranın ali lideri Ayətullah Əli Xameneyi öz təhlükəsizliyini, hətta İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən belə tanınmayan son dərəcə gizli və elit bir birliyə həvalə edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri İran rəsmilərinə istinadla məlumat yayıb.
 

Nəşrin məlumatına görə, İsrail kəşfiyyatının rejim sıralarına dərin şəkildə nüfuz etdiyini düşünən Xameneyi bu birliyi elə gizli saxlayıb ki, SEPAH-ın yüksək rütbəli komandirləri belə onun varlığından xəbərdar olmayıblar.


“Xameneyi ölümdən gizlənmir, bunkerdə də yaşamır. Amma Ali rəhbərin həyatı təhlükədədir və onu qoruyan bir bölmə var ki, onlar barədə heç kim heç nə bilmirdi. Məqsəd isə hər cür sızmanın qarşısını almaqdır”, – deyə mənbələrdən biri bildirib.

86 yaşlı Xameneyi uzun illər Tehranın 11-ci dairəsində yerləşən “Lider Evi” kompleksində yaşayıb və fəaliyyət göstərib. Lakin onun son videomüraciətləri yaşayış yerini dəyişdiyini göstərir. Videolarda o, artıq tez-tez qəhvəyi pərdə fonunda çıxış edir, bu pərdə bəzən İslam inqilabının lideri Ruhullah Xomeyninin portreti ilə bəzədilir. Yeni mühit onun əvvəlki brifinqlərindən kəskin fərqlənir.

Videolara edilən texniki analizlər həmin çıxışların SEPAH-ın Tehran mərkəzindəki media mərkəzində çəkildiyini göstərir. Bu isə onun ya həmin məkana yaxın bir yerdə, ya da bəlkə də məhz binanın altında yaşadığını ehtimal etməyə əsas verir.

“The Telegraph” qeyd edir ki, İranda rəhbər şəxslərin Rusiyaya qaçmağa hazırlaşması ilə bağlı yayılan məlumatlara baxmayaraq, Xameneyinin ölkəni tərk etmək niyyətinə dair heç bir sübut yoxdur. Mənbə bildirir ki, o, Suriyanın sabiq prezidenti və İranın yaxın müttəfiqi olan Bəşər Əsəd kimi Rusiya qaçmayacaq: “O İrandadır və heç yerə getməyəcək. Əsəd kimi qorxaq deyil. Xarici təcavüz fonunda xalqın mənəvi ruhu onun sağ qalmasından asılıdır”.

Tehranda son dövrlərdə baş verən müəmmalı avtomobil partlayışları və bir çox yüksək səviyyəli şəxslərin həlak olması fonunda Xameneyinin şəhərdə adi avtomobillə hərəkət etməsi inandırıcı görünmür.

2020-ci ildə İranın nüvə proqramının əsas simalarından olan Möhsün Fəxrizadənin uzaqdan idarə olunan robot vasitəsilə öldürülməsi Xameneyini ciddi şəkildə narahat etmişdi. Ancaq onu daha çox sarsıdan hadisə ötən il Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən Beyrutda yeraltı qərargahına bunkerə nüfuz edən bombalarla edilən hücum nəticəsində öldürülməsi olub.

Nəşrin yazdığına görə, Xameneyi təkcə yaxın dostunun itirilməsindən deyil, həm də İsrailin bu hücuma dair kəşfiyyat məlumatlarını haradan əldə etməsindən narahat olub. Çünki ehtimallara görə, məlumat “Hizbullah”dan deyil, birbaşa Tehrandan sızıb. Bu isə onu göstərir ki, məlumat ən yüksək səviyyəyə çıxışı olan şəxslərdən ötürülüb.
 

Ekspertlər bildirirlər ki, İsrail illərdir Xameneyinin hərəkətləri ilə bağlı məlumatlar toplayır. Xameneyi özü texnoloji cihazlardan istifadə etməsə də, onun ətrafındakı şəxslər elektron vasitələrlə izlənilə bilir. Telefon danışıqları, e-poçtlar və şifrəli məlumat axını İsrail kəşfiyyatı tərəfindən izlənilir.


Toplanan məlumatlar süni intellekt vasitəsilə analiz olunur və onun hərəkət trayektoriyası müəyyən edilir. Əgər məkan dəqiqləşərsə, sui-qəsd müxtəlif yollarla - pilotsuz təyyarə ilə hücum, küçədə qətl və ya hava zərbəsi həyata keçirilə bilər. Hətta 2011-ci ildə ABŞ-ın Üsamə bin Ladenə qarşı keçirdiyi əməliyyat kimi, xüsusi təyinatlılar helikopterlə yerə endirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Ərdoğan ABŞ - İsrail - İran müharibəsinin Türkiyəyə təsirlərindən danışıb

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu meyvələri yeyənlər rahat yuxu YATIR

Bu futbolçular “Fənərbağça”dan gedəcək

Bu futbolçular “Fənərbağça”dan gedəcək

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin sayı artıb

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

İmtahanda istifadə edilən yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama

End of content

No more pages to load

RADİO