Analitik, təxribatçı, yoxsa ÖNGÖRÜCÜ? – “Yeni Vanqa”ya çevrilən Jirinovskinin QORXUNC PROQNOZLARI – VİDEO

Dünyanın ən təxribatçı natiqlərindən biri idi –  Vladimir Jirinovski! Ölümündən (hələ də ölümünə inanmayanlar var) üç il keçməsinə baxmayaraq onun verdiyi provakativ proqnozlar zamanında hər nə qədər mübahisə yaratsa da, bu gün artıq sözsüz qəbul edilməyə başlayıb.

Son illərdə təkcə Rusiya-Ukrayna müharibəsi adamın illər əvvəl dediklərini təsdiqləmişdi. İnsanlar hələ bu dəqiq, analitik mülahizələrdən ayılmamış İsrail-İran münaqişəsi ilə son bir həftədə baş verənlər Jirinovskini yenidən gündəmə gətirdi. İstər-istəməz sual yarandı:

Jirirnovski kim idi – öngörücü, yoxsa analitik?

Bax burada müşahidəçilər iki yerə bölünür. Bəzilər düşünür ki, o, insan psixikasını yaxşı bilir, analitika və proqnozlardan siyasi məqsədlər üçün istifadə edirdi. Onun açıqlamaları çox vaxt diqqəti cəlb etmək, müəyyən imic yaratmaq məqsədi daşıyırdı  və buna müyəssər olurdu. Lakin onun qənaətləri və proqnozları çox vaxt subyektiv və qərəzli olduğundan toplumun qəzəbinə məruz qalırdı.

Digərləri isə proqnozların “sehri”ni bunda görürdülər ki, Jirinovskinin cəmiyyətdən gizlədilmiş məlumatlara çıxışı var idi.

Siyasətçinin proqnozları həm bölgəyə həm də beynəlxalq hadisələrə aid olub. Hələ 2016-cı ildə o, Donald Trampa mümkün sui-qəsd cəhdindən danışmışdı. Sui-qəsd cəhdi, politoloqun ölümündən sonra 2024-cü ildə baş verdi.
 

Politoloq Trampın siyasətini kifayət qədər sərt şəkildə xarakterizə edirdi. Deyirdi ki, Tramp özünü elə aparır ki, sanki Birləşmiş Ştatların heç kim qarşısında öhdəliyi yoxdur, amma hamı ABŞ-a borcludur. Xüsusən də onun Avropaya nifrət etdiyini deyirdi. Doğrudan da, Donald Trampın ikinci prezidentlik müddətinin başlaması ilə onun siyasəti daha da aqressivləşdi. O, dərhal bir çox proqramları dayandırdı və Ukraynaya dayaq durmağı Avropanın üstünə atdı.

Jirinovskinin Ukrayna proqnozu

Qeyd etdiyimiz kimi onun illər əvvəl verdiyi prroqnozları bu günün reallığında  təsdiqlənməkdə davam edir. Ən məşhur proqnozlarından biri də Ukraynada xüsusi əməliyyatın başlanması ilə üst-üstə düşən hadisələr haqqında idi. Jirinovski 22 fevral 2022-ci il demişdi və cəmi ikicə gün səhv salmışdı: hadisələr fevralın 24-də başlamışdı.

Onun proqnozuna görə, Qərb Rusiya ilə müharibəyə birbaşa yox, Ukrayna üzərindən girəcək. Hazırda Ukraynada davam edən müharibəyə gəlincə, onun fikri belə idi:

“Ukraynadan heç nə qalmayacaq, 6 qərb bölgəsi istisna olmaqla, bütün regionlar Rusiyanın nəzarətinə keçəcək”.

“Yaxın Şərqdə elə hadisələr baş verəcək ki, Ukrayna-Rusiya münaqişəsi unudulacaq”

V.Jirinovski Yaxın Şərqlə bağlı da maraqlı proqnozlar vermişdi. Siyasətçi toqquşmanın mümkün nəticələrini hələ 2019-cu ildə dilə gətirmişdi.

“Biz Yaxın Şərqdəki vəziyyəti nəzərə almalıyıq. 2025-ci ildə orada elə hadisələr baş verəcək ki, hamı Ukrayna-Rusiya münaqişəsini unudacaq. Ən dəhşətli hadisələr burada baş verəcək”, – deyə xəbərdarlıq etmişdi.

Son hadisələr İsrail-İran münaqişəsi Jirinovskinin proqnozlarını həmişəkindən daha aktual etdi. Hələ 2012-ci ildən siyasətçi İran-İsrail müharibəsindən danışmağa başlamış, İsrailin İran ordusundan və əhalinin artım tempindən qorxduğunu iddia etmişdi. Jirinovski İsrailin İran hədəflərinə zərbələr endirəcəyini və bunun ardınca İrandan cavab zərbəsi gələcəyini bildirmişdi.

O, Yaxın Şərqdə baş verənlərin qlobal qarşıdurmaya səbəb ola biləcəyini və hətta yeni dünya müharibəsinin başlanğıcına çevrilə biləcəyini iddia edirdi. Bu münaqişənin əvvəlki müharibələrdən qat-qat böyük olacağını və bütün dünyaya təsir edəcəyini vurğulayırdı.

Yeri gəlmişkən Jirinovskinin son əsərlərindən biri “Mənim proqnozlarım gerçəkləşdi” adlanır. Kitabda o, siyasi fəaliyyətinin 33 ilində – 1989-cu ildən 2022-ci ilə kimi nələr haqqında danışdığını və nələrin gerçəkləşdiyini yazıb. Onun 2040-cı ilə qədər olan ən vacib proqnozları isə kapsul şəklində Rusiya Milli muzeyində saxlanılır, hələ açılmayıb.


Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

“Övladlarım geyimlərimi bəyənmir”

“Övladlarım geyimlərimi bəyənmir”

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olundu - FOTO/VİDEO

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olundu - FOTO/VİDEO

DİQQƏT: Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

DİQQƏT: Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

Mbappe də Mərakeşə YOLLANIR

Mbappe də Mərakeşə YOLLANIR

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

Virtual dünyanın YENİ REALLIQLARI - Uşaqları kibertəhlükələrdən necə qoruya bilərik? - VİDEO

Virtual dünyanın YENİ REALLIQLARI - Uşaqları kibertəhlükələrdən necə qoruya bilərik? - VİDEO

Bir sıra məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Bir sıra məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Abbas Bağırov oğullarından danışdı

Abbas Bağırov oğullarından danışdı

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

End of content

No more pages to load

RADİO