İrana son zərbəni BU ÖLKƏ vuracaq - Fordo planı ortaya çıxdı - FOTO

İsrail və İran arasında qarşılıqlı hücumlar 5-ci gününə girib, bölgədə gərginlik artıb. İranı nüvəsizləşdirmək üçün onunla intensiv təmasda olan ABŞ prezidenti Donald Tramp “İsrailin hücumunda iştirak edəcəyi” iddialarını gücləndirərək G-7 sammitini tələsik tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.

Mənbə qeyd edir ki, hücuma baxmayaraq, zərər görməyən Fordo Nüvə Obyektini məhv etmək üçün İsrailin “dəqiq idarə olunan bunker partladan bombalara” ehtiyacı var.

Buna görə də İsrailə ABŞ-ın B-2 bombardmançı təyyarəsindən atılan “Massive Ordnance Penetrator” sisteminə çıxış əldə etməsi üçün Vaşinqtonun dəstəyi lazımdır.

ABŞ ordusu son iki il ərzində Ağ Evin ciddi nəzarəti altında "bunker partladan" bombalarla təlimlər keçirir. Hərbçilər təlimlər keçirdikdən sonra belə qənaətə gəliblər ki, Fordo kimi nüvə obyektini məhv etmək üçün tək bir bomba kifayət etməyəcək. Bundan əlavə, Fordo Nüvə Mexanizminə hücumu amerikalı pilot və ekipaj həyata keçirməlidir.

Diqqətlər Trampın qərarına yönəldiyi bir vaxtda G-7 zirvəsini erkən tərk edən ABŞ prezidenti deyib:

"Mən buradan ayrılan kimi bir şey edəcəyik. Amma buradan getməliyəm". Trampın hansı qərarı verəcəyi hələ də bəlli olmasa da, onun açıqlaması “İsrail Fordon Nüvə Obyektlərini ABŞ-yə bombalatdıracaq” kimi şərh edilib.
 

Qeyd edək ki, “Massive Ordnance Penetrator” bombaları 2004-cü ildə Corc Buş tərəfindən Şimali Koreyanın nüvə obyektlərini vurmaq üçün hazırlanmağa başlanıb və Tramp dövründə ABŞ ordusunun inventarına əlavə edilib. Netanyahu Buş administrasiyası dövründən bəri ABŞ bunkerlərinin istifadəsini tələb edir, lakin hələlik heç bir nəticəsi yoxdur.


Hazırda Netanyahu bu bombalardan Fordon Nüvə Obyektlərinə hücumda istifadə edə bilməsi üçün Trampa təzyiqlərini artırıb. İsrailin keçmiş müdafiə naziri Yoav Gallant deyib ki, hücum “ABŞ və İsrail tərəfindən” həyata keçirilməli idi. İsrail ordusunun sözçüsü də Fordonu zərərsizləşdirmək üçün ABŞ-ın köməyinə ehtiyac duyduqlarını bildirib.

"Biz iranlılara sarsıdıcı zərbə vurduq, lakin son zərbəni ABŞ vuracaq", - sözçü əlavə edib. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

End of content

No more pages to load

RADİO