Moldovalı idmançı Dmitri Voloşin hava temperaturunun mənfi 67 dərəcəyə endiyi Sibir çöllərində 6 saat dayanmadan qaçıb.
Moderator.az xəbər verir ki, Rusiyanın Yakutiya Muxtar Respublikasında əslən moldovalı olan idmançı 67 dərəcə soyuqda tam 50 kilometr yol qaçıb.
xa0
Yakutiya bölgə rəhbəri və hökumət rəhbərliyinin veb saytında paylaşılan məlumatlara görə, idmançı çətinliklər yaşamasına baxmayaraq hədəfinə çatıb. Dünyanın ən soyuq yerlərindən biri kimi tanınan Yakutistannın Oymyakon bölgəsində gecə saatlarında qaçışa başlayan idmançı havanın işıqlanması ilə qaçışını bitirib. Cəmi 6 saat dayanmadan qaçan idmançı heç bir həkim və xüsusi xilaskarların dəstəyi olmadan bitirmə zolağına çataraq bir dünya rekordu qırmış olub.xa0
İdmançının donma və soyuğa qarşı heç bir paltar geyinmədiyini deyən qaçış təşkilatçıları "İdmançı qaçışını 6 saata bitirdi və aşağı temperaturda ilk qaçış rekordunu qırdı" şəklində açıqlama veriblər.xa0
Qeyd edək ki, Yakutistannın Oymyakon bölgəsi 80 il əvvəl çatdığı mənfi 71.2 dərəcə şaxtayla dünyanın ən soyuq nöqtəsi kimi tanınır.
Kamran