İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

İran-İsrail müharibəsi Tehranı masadakı şərtləri qəbul etdirmək mərhələsindən ikinciyə - məğlub etmək mərhələsinə keçib. 

Bizim.Media xəbər verir ki, üçüncü mərhələyə - rejimin təslim olmasına keçidi indi baş verənlər, İranın nə qədər müqavimət göstərə biləcəyi müəyyənləşdirəcək.

Hazırki mərhələdə:

- ABŞ İsraili dayandırmağa tələsmir və Tehranı şərtləri qəbul etməsi üçün danışıqlara dəvət etməklə “yaxşı polis” rolunu oynayır;

- İsrail ən azı İranın nüvə obyektlərini sıradan çıxarmaq və nüvə silahlı perspektivini məhv etmək niyyətindədir: Natanz nüvə kompleksinə zərər vura bilsə də, dağların dərinliklərində yerləşən Forda nüvə kompleksinə endirilən zərbələr istənilən effektiv verməyib; nüvə sənayesini tamamilə sıradan çıxarmaq üçün ABŞ-ın hərbi dəstəyi zəruridir.
 

Lakin İranın nüvə perspektivini məhv etmək İsrailin minimum hədəfi kimi görünür, Netanyahu maksimum hədəfi də sınamaq niyyətindədir: bu, İranda rejimi dəyişdirməkdir. Və əsas müəmma da burada ortaya çıxır: İran rejimini dəyişdirmək mümkündürmü, yaxud bu hansı ssenaridə baş verə bilər?


Rejimin təslim olacağını demək çətindir, bu, həm də ideoloji baxımdan çöküşü qəbul etmək olardı. Hərçənd, İsrailin taktikası – müharibə yolu ilə daxildə rejimi dəyişdirmək də çətin görünür.

Birincisi, İran daxilində narazılıq nə qədər çox olsa belə, müharibənin ictimai rəydə “işğala cəhd” kimi qəbul edilməsi mövqeyi güclənir, eyni zamanda, rejimin söykəndiyi ideoloji dayaqlar – din uğrunda mübarizə amili ön plana çıxır;

İkincisi, teokratiyanı şah rejimi ilə dəyişmək ssenarisi – oğul Pəhləvinin gətirilməsi müzakirə mövzularındandır. Ki, yenə dini ideologiya amili və “şahçıların” mövqeyinin nə qədər güclü olması bu versiyanı mübahisələndirir.

Mövcud şərtlər İranda müharibə yolu ilə rejimi dəyişmək perspektivini sual altına salır. Lakin hədəfdə rejim dəyişikliyinin olduğunu rəsmi şəkildə elan edən İsrail rəhbərliyi (bunun açıq şəkildə dilə gətirilməsində İran daxilində rejimə qarşı qüvvələri hərəkətə keçirmək məqsədi daşıdığı da aydındır) daha radikal gediş edə bilər: bu, HƏMAS-a qarşı ssenarinin İranda da tətbiq edilməsi – hərbi rəhbərliklə yanaşı, siyasi rəhbərliyin də sıradan çıxarılmasıdır.

İranın hərbi rəhbərliyi – Baş Qərargah rəisi, SEPAH komandanı və digər əsas fiqurlar bir-bir öldürülür, bu prosesin davamında dini lider Xamenei və Prezident Məsud Pezeşkianın da nöqtə atışı ilə qətlə yetirilməsi istisna edilməməlidir.

Yalnız bu halda müharibə yolu ilə rejimin dayaqlarının sarsıdılması və yeni hakimiyyətin – hələ ki, şahın oğlu əsas namizəd kimi görünür - yolunun açılması ehtimalı yarana bilər.

Lakin 46 illik rejimin ölkə üzərindəki nəzarətini qısa müddətdə tamamilə silmək mürəkkəb prosesdir. Bu baxımdan, İsrailin İranın hərbi-siyasi rəhbərliyinin bir-bir aradan götürülməsi ilə yanaşı, etnik-dini qrupların azadlıq hərəkatının aktivləşdirilməsi də mümkün ssenarilər arasındadır.
 

Bu ssenarilər proseslərin üçüncü mərhələyə keçidi halında real görünür. Mövcud mərhələdə İran rejimini masada şərtləri qəbul etdirmək, “nüvəsiz İran”la razılaşmaq hələ də aktualdır.


Rəsmi Tehran müzakirələrə hazır olduğunu bəyan edib, müharibədə üstün tərəf olan İsrail isə ən azı danışıqlara qədər İranın nüvə potensialının perspektivlərini məhv etməyə çalışır. Bu mərhələdə müharibənin masa ilə əvəzlənməsi, yaxud sonuncu mərhələyə - rejimin aradan qaldırılmasına keçid ABŞ-ın mövqeyindən asılı olacaq. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

End of content

No more pages to load

RADİO