İsrailin öldürdüyü İran generallarının SİYAHISI

İyunun 13-də səhər saatlarında İsrail və İran arasında genişmiqyaslı toqquşma başlayıb. Ekspertlər hadisələri hələlik müharibə adlandırmağa tələsməsə də, hücumlar hər iki tərəfdən çoxsaylı insan tələfatı və geniş dağıntılarla nəticələnib.

Qarşılıqlı hava hücumları ardıcıl üç gündür ki, davam edir. İsrail hakimiyyəti bəyan edib ki, əməliyyat yalnız Fordoda yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodunun dağıdılması ilə başa çatacaq, lakin İran qisas almağa davam edərsə, onun paytaxtı "xəritədən silinəcək". Bəzi ekspertlər İsrailin daha geniş məqsədləri olduğunu, buna görə da toqquşmanın daha uzun müddət davam edəcəyini bildirir.

Müharibənin ilk günlərində İsrail İranın yüksək vəzifəli hərbçilərinə hücum edib, onlarla general həlak olub.

Bizim.Media xəbər verir ki, İsrailin hücum edəcəyi barədə ehtimallar hələ iyunun əvvəlindən yayılmağa başlayıb. Qərb mətbuatı ABŞ rəsmilərinə istinadən İsrailin tezliklə hücuma başlayacağını yazıb.
 

İranın ali rəhbərliyi İsrailin hücumunu istisna etməyib. Buna baxmayaraq İran rəsmiləri Qərb mətbutına deyib ki, heç kim əməliyyatın iyunun 15-nə planlaşdırılan ABŞ-İran danışıqlarının yeni raundu ərəfəsində başlayacağını gözləməyib.


Mənbələr deyir ki, gözlənilən danışıqlar İran hərbi rəhbərlərinin iyunun 13-nə keçən gecə sığınacaqlarda deyil, paytaxtdakı evlərində yatmağa qərar vermələrinə səbəb olub.

Ancaq bu, yeganə səhv hesablama deyil. İsrail əməliyyatının ilk saatlarda İran Hərbi Hava Qüvvələrinin komandirləri cavab tədbirləri planlaşdırmaq üçün yeraltı bunkerdə toplaşıblar. Lakin İsrail kəşfiyyatı görüş yerini müəyyən edib və Hərbi Hava Qüvvələri oraya zərbələr endirib, bunkerdə olanların hamısı öldürülüb.

Hədəflərin dəqiqləşdirilməsi üçün MOSSAD komandoları İran daxilinə dronlar, partlayıcı yüklər və hətta “booby-trap” texnologiyaları yerləşdirib, hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq hava zərbələrinə hazırlıq görülüb.

İsrailin hücumlarında öldürülən İran hərbi elitasının nümayəndələri aşağıdakılardır:

- Məhəmməd Baqiri - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;

- Hüseyn Salami - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı;

- Əmir Əli Hacızadə - SEPAH Aerokosmik Qüvvələrinin komandanı;

- Qulam-Rza Mehrabi - İran Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi;

- Mehdi Rabbani - Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini;

- Hatəm-Qulaməli Rəşid - İran İslam İnqilabı Keşikçiləri Korpusunun Fövqəladə Hallar üzrə Qərargah rəisi;

- Məhəmməd Kazemi - SEPAH kəşfiyyatının rəhbəri;

- Həsən Mohaqeq - SEPAH Kəşfiyyat rəhbərinin müavini;

- Taher-Fur - Dron qərargahının komandiri;

- Davud Şeyxian - hava hücumundan müdafiə qərargahının komandiri;

- İsmail Qaani - SEPAH-ın Qüds Qüvvələrinin komandanıdır;

- Əli Şamxani - keçmiş müdafiə naziri və İranın ali dini liderinin baş siyasi müşaviridir.

- Fereydun Abbasi - Nüvə mühəndisi və İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri;

- Məhəmməd Mehdi Tehrançi - nüvə fiziki;

- Əkbər Mötələbi-Zadə - kimya mühəndisliyi üzrə ekspert;

- Said Barji materialşünas;

- Əmir Həsən Fəhahi - nüvə fiziki;

- Əbdül-Həmid Minuçehr - nüvə fiziki;

- Mənsur Əsgəri - nüvə fiziki;

- Əhməd Rza Zülfüqari Dəryani - nüvə mühəndisi;

- Əli Bahouei Katirimi fizik və mexanika üzrə mütəxəssis.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

End of content

No more pages to load

RADİO