İranın keçmiş müdafiə naziri Əmir Hatəmi İran Silahlı Qüvvələrinə ordunun baş komandanı təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, İranın ali dini lideri Xamenei Hatəmini bu vəzifəyə təyin edib.
Qeyd edək ki, İsrailin ötən gecədən başlayan hücumları nəticəsində İran silahlı qüvvələrinin bir sıra rəsmiləri öldürülüb, onların arasında ordunun baş komandanı da olub.
Bizim.Media