Azərbaycanlı qürurunu ABŞ-da yaşadan xanım

Çox mehriban, təvəzökar xanımdır. Deyir ki, qadın lap baş nazir işləsə belə, evinə daxil olduğu andan anadır, həyat yoldaşıdır…

Amerikada yaşadığı illər ərzində elə bir gün olmayıb ki, ata evi, qardaşı üçün darıxmasın. Hər dəfə məşhur "Ayrılıq" mahnısının sədaları gələndə, özünü saxlaya bilmir, qəhər onu boğur, gözləri yaşarır. Azərbaycan filmlərinə baxmaqdan, milli musiqimizi dinləməkdən usanmır…
Haqında söhbət açdığım Xatirə Qasımova(Watts) Bakıda doğulub, bu şəhərdə boya-başa çatıb. Orta təhsilini Bakıdakı 80 nömrəli məktəbdə başa vurub. 1981-ci ildə 4 saylı xəstəxanada laborant assistenti kimi çalışıb. Orada işləyərkən indiki Azərbaycan Dillər Universitetinin axşam şöbəsinə qəbul olunub. 1989-ci ildə həmin universiteti ingilis dili müəllimi ixtisası üzrə bitirərək, Bakıdakı orta məktəblərin birində müəllimlik fəaliyyətinə başlayıb. 1996-cı ilin sonlarında ABŞ-a gəlib. 1999-cu ilədək Texas ştatında Del Mar kollecində müəllim kimi işə düzəlib. Burada o, ABŞ-a pənah gətirmiş xarici tələbələrə ingilis dilindən dərs verib. 1997-ci ildə əslən amerikalı Maykl adlı bir gənclə ailə qurub. Bir il sonra qızları Mişel Saida dünyaya gəlib. Və bir müddət Mişel Saidanın tərbiyəsi ilə məşğul olduğundan heç yerdə işləməyib.
2001-2005-ci illərdə Texas A&M Universitetində təkrar ali təhsil alıb. Bu dəfə tibb üzrə bakalavr pilləsinə yüksəlib. Əvvəlcə kordealoji, sonra isə əsəb xəstəlikləri üzrə xəstəxanada çalışıb.xa0
2008-ci ildə Texas Universitetinin psixi xəstəliklər fakultəsinə qəbul olunub, 2015-ci ildə oranı müvəfəqiyyətlə bitirərək magistr dərəcəsinə yiyələnib. O vaxtdan Texasın Korpus Kristi şəhərində özəl klinikalardan birində psixiatr-terapevt kimi insanlara xidmət göstərir…
Qızı Mişel Saida Texas TECH universitetinin siyasi elmlər üzrə hüquqşünas fakultəsinin 3-cü kursunda oxuyur. Arzusu bu sahədə təhsilini davam etdirib, mükəmməl səviyyədə hüquqşünas olmaqdan ibarətdir. Azərbaycanca gözəl danışır, deyir ki, anam azərbaycanlı olduğundan bu xalq mənə çox doğma, çox əzizdir. Demək olar ki, hər il Azərbaycana getdiyimizdən bu ölkə haqqında məlumatlarım çoxdur. Və mən demək olar ki, həmyaşıdlarım arasında Azərbaycan haqqında gözəl danışıb, oranı sevdirməyə çalışıram…
Xatirə xanımın ömür-gün yoldaşı Maykl İslamı qəbul edib. Deyir ki, bir müddət şəhər məscidinə tez-tez gedirdim. Sonra işimlə əlaqədar vaxt tapa bilmədim. Maykl Texas sahil gömrüyündə zabit ximi xidmətdədir. Azərbaycanla bağlı bilgiləri o səviyyədədir ki, hətta danışarkən, təhlil edərkən bir çox azərbaycanlılar ona həsəd apara bilər…
...Bir həzin Azərbaycan musiqisindən kövrələ bilən, olduqca ciddi və həm də çox şən olan Xatirə xanımla tanışlığımızdan çox məmnun oldum.
Deyir ki, çox əziyyətlərə qatlaşıb, bu səviyəyə yetişmişəm, azərbaycanlı qürurum həmişə başımı uca edib, amma Azərbaycan deyiləndə körpə uşaq kimi kövrəlməyə bilmirəm…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

End of content

No more pages to load

RADİO