Rusiya və ABŞ arasında danışıqların yeni raundu Moskvada keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı yeni səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, ölkələr qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmaq üçün danışıqları İstanbuldan öz paytaxtlarına köçürmək barədə qərar qəbul ediblər.
“Təsdiq edə bilərəm ki, nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın vaxtlarda Moskvada keçiriləcək”, - deyə Darçiyev bildirib.
Bizim.Media