“Dəfələrlə döyülsəm də uşaqlara görə bağışladım” -Boşandığı arvadını məhkəmə önündə də döydü

Boşandığı əri tərəfindən elə məhkəmə önündə döyülən qadın yenidən həmin məhkəməyə üz tutub. O, aralarında mülk çəkişməsi olan keçmiş ərinin cəzasının ağırlaşdırılmasını istəyib.

Keçmiş arvadını döydüyü üçün islah işlərinə cəlb edilən 1984-cü il təvəllüdlü Məmmədov Elçin Sahib oğlu növbəti dəfə hakim önünə çıxarılıb.

Əvvəlcə qeyd edək ki, Elçin Məmmədovla keçmiş arvadı Hüsniyyə Məmmədova arasında mülklərin bölünməsinə görə məhkəmə çəkişməsi var imiş. Məhkəmə prosesləri Şirvan Şəhər Məhkəməsində baş tuturmuş.

Sonuncu məhkəmə iclasından çıxan zaman Elçin Məmmədov şəxsi münasibətlər zəmində aralarında yaranmış mübahisə zamanı Hüsniyyə Məmmədovanın burun nahiyyəsinə zərbə endirib. Əsas olaraq isə göstərib ki, Hüsniyyə Məmmədova atasına məxsus avtomobilə əyləşdikdən sonra onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib.

Bununla da Elçin Məmmədov Hüsniyyə Məmmədovaya burnun qanaxması ilə müşahidə olunan küt travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirib.xa0
Bu əməlinə görə Elçin Məmmədov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə məhkum olunub və Şirvan Şəhər Məhkəməsinin hökmü ilə 360 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib. Onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Zərərçəkmiş şəxs Hüsniyyə Məmmədova keçmiş ərinə daha ağır cəza verilməsi üçün bu hökmdən apellyasiya şikayəti verib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılıb.

Hüsniyyə Məmmədova şikayətində Elçin Məmmədova daha ağır cəza verilməsini və onun atası Sahib Məmmədovun da məsuliyyətə cəlb edilməsini istəyib.

“Hökmdə göstərilən cəza ilə razı deyiləm. Məhkəmə qətnaməsi ilə aramızdakı nikah pozulub. Nikahımızdan iki övladımız var. Nikah pozulmamışdan əvvəl Elçin məni dəfələrlə döyüb. Bu barədə polis şöbəsinə məlumat vermişəm, lakin sonradan fikirləşmişəm ki, uşaqlarımın atasıdır, onların gələcəyi naminə onunla barışmışam. Hazırda Şirvan Şəhər Məhkəməsində mülki işlərimizlə əlaqədar çoxlu sayda iddialara baxılır. 12 iyun 2018-ci il tarixdə məhkəmə iclasından çıxdıqdan sonra atamın avtomobilinə mindim. Bu zaman Elçin, atası Sahib və anası Qızılgül özlərini maşının qarşısına atdılar. Elçin ilə atası maşının arxa qapısını açıb məni təhqir edərək baş və üz nahiyyəmə yumruqlarla zərbələr endirməyə başladılar. Avtomobildən çıxaraq məhkəməyə qayıtdım. Məhkəmədə polisə müraciət etməyimizi bildirdilər”- deyən zərərçəkmiş hər iki şəxsin daha ağır şəkildə cəzalandırılmasını istəyib.

Elçin Məmmədov və müdafiəçi isə apellyasiya şikayətinin təmin edilməməsini istəyib.xa0
Birinci instansiya məhkəməsi Elçin Məmmədova cəza təyin edərkən ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, əvvələr məhkum olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Şikayəti araşdıran məhkəmə kollegiyası hesab edib ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Qərara əsasən Elçin Məmmədov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə qazancından dövlət nəfinə 15% tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin olunub. Cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilk tutulmanın həyata keçirildiyi vaxtdan hesablanıb.(Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

End of content

No more pages to load

RADİO