Qaziantepin Nizip rayonunda qurbanlıq heyvan satışı mərkəzində tərəzidə fırıldaq üçün gizli mexanizmdən istifadə edildiyi müəyyən edilib.
Bizim.Media türk mediasına istinadən xəbər verir ki, satış mərkəzində qurbanlıq heyvanların faktiki çəkisinə əlavə çəki əlavə edilməklə vətəndaşların aldadıldığı məlum olub.
Belə ki, satıcılar tərəzidə çəki yaratmaq üçün qazdıqları divarın arxasına mexanizm quraraq insanları aldadıb.
Məsələni anlayan vətəndaş hadisəni sosial mediada paylaşıb və polisə məlumat verib. Polis məsələ ilə bağlı araşdırmalara başlayıb. (sonxeber.az)
Bizim.Media