Yəhudinin erməniyə "tüpürməsi" İsrail və Ermənistanda qalmaqal YARATDI - DETALLAR

Erməni KİV-ləri ortodoks yəhudinin tüpürməsini dinlərarası dram səhnəsinə çevirərək, az qala səlib yürüşü səviyyəsində hay-küy qaldırıblar. Hər şey Şavuot bayramı axşamı çəkilmiş bir video ilə başlayıb. Videoda gənc bir ortodoks yəhudi Qüdsün Köhnə şəhərindən keçir və ayağının altına tüpürür. Nə bir keşişə, nə xaça, nə də XIII əsrə aid müqəddəs bir relikviyaya — sadəcə asfalta. Amma bədbəxtlikdən tüpürdüyü tərəfdə erməni monastırı yerləşir. Bildirək ki, həmin ərazidə nə bir lövhə, nə işarə, nə də “Burada monastır var, tüpürmək qadağandır” tipli neon yazılar olub.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı erməni KİV-ləri sanki stəkanda fırtına yaradıblar.

Belə ki, hadisə yerində olan erməni icmasının nümayəndəsi Qeqam Balyan, görünür ki, rentgen baxışıyla həmin tüpürmənin dinə qarşı nifrət olduğunu “dərhal” anlayır, qarşı tərəfə keçir, tüpürən yəhudinin də olduğu qrupa yaxınlaşır və onlarla mübahisəyə girir. 

Həmişəki kimi, İsraildə bu cür hadisələr zamanı dərhal ətrafda insanlar toplaşır və qalmaqal başlayır.

MAGNIS.news hadisənin davamını belə təsvir edir:

Balyan “nə üçün belə etdiyini” soruşanda, yəhudi cavab verir:

– Nə problem var ki?

– Açıqlama ver, dostun niyə tüpürdü? – deyə Balyan israr edir. – Bəlkə buranın xristian torpağı olduğuna görə?

– Əgər tüpürübsə, deməli səbəbi var, – cavab verirlər.

– Dərhal buranı tərk edin! – Balyan qışqırır.

– Yox, bu bizim torpağımızdır! – yəhudilərdən biri etiraz edir. – Harada istəsəm, orada da dayanacağam...

Bu an başqa bir yəhudi maşınla yaxınlaşır, məsələni soruşur. Balyan baş verəni izah etdikdə, o da başını pəncərədən çıxarıb yerə tüpürür və deyir:

– İndi buna görə mənə nə edəcəksən?..

Sonra tərəflər ayrılırlar. Amma növbəti gün erməni mediası bu adi küçə mübahisəsini Şekspir dramına çevirir.
 

Armenia Today “Qüds polisi 25 dəqiqə gəlmədi!” başlıqlı məqalə ilə çıxış edir. Müəllif təəccüb edir ki, yerə tüpürən şəxs niyə hadisə yerini tərk edib, polis maşınını gözləməyib ki, müqəddəs xristian torpağına qarşı etdiyi “cinayətə” görə könüllü təslim olsun.


Ən maraqlısı budur ki, erməni KİV-ləri bu insidenti necə təqdim edəcəklərini müəyyən edə bilməyiblər: guya adam yerində dayanmalı, yoxsa Balayanın tələb etdiyi kimi dərhal oradan çıxmalı idi?

Ancaq aydındır ki, bu, sadə və diqqətə belə layiq olmayan bir küçə mübahisəsi idi. Amma təsadüfi tüpürmənin beynəlxalq qalmaqala çevrilməsi, daha çox media aclığından və dramatik hekayələr yaratmaq istəyindən xəbər verir. (Haqqin.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

End of content

No more pages to load

RADİO