ABŞ dövlət katibi Marko Rubio Zelenskinin ofisinin rəhbəri Andriy Yermakla görüşüb.
Bizim.Media xəbər verir ki, danışıqlardan sonra Yermak yenidən ABŞ-ı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
“Görüş zamanı İstanbulda ruslarla görüşlər, danışıqların sonrakı gedişatı, baş tutacaq əsir mübadiləsi, Rusiya tərəfindən qaçırılan bütün girovların və uşaqların geri qaytarılmasının vacibliyi ilə bağlı fikirlərimizi bölüşdük”, - Ukrayna Prezidentinin Aparatının rəhbəri bildirib.
Bizim.Media