Xəzinə arzusu ilə getdi, qədim kitabxana tapdı...

Hindistanda yeraltında qədim kitabxana tapılıb.

Bizim.Media Times of India-ya istinadən xəbər verir ki, Tikamqarh şəhərində (Madhya Pradeş ştatı) 50 min nadir kitabdan ibarət yeraltı kitabxana aşkar edilib.

Gizli kitabxana keçmiş saray olub, hazırda kollec binası kimi fəaliyyət göstərən Tal Koti adlı tikilinin altında aşkar edilib. Kitabxananı ərazi üzrə yeni vergi inspektoru təyin edilmiş Vivek Kşotria aşkar edib. O, əslində buranı işi ilə əlaqədar deyil, nənəsinin bu binanın altında yeraltı xəzinə olmasına dair uşaqlıq xatirələrinə əsasən tapdığını deyir. O, bunun doğru olub-olmadığını yoxlamaq qərarına gəlib və saraya baxış keçirdikdən sonra binanın altındakı kilidli otaqların açılmasını əmr edib.

Tapılan kitab və əlyazmaların bəziləri yaxşı vəziyyətdə olsa da, çoxu nəmişlikdən xarab olub.

Tapıntılar arasında rəssam Feliks Topolskinin “Qandinin eskizləri”nin nadir nəşri, Hindistanda kiçik dövlətlərin tarixinə dair kitablar və sanskrit dilində unikal mətnlər var. Kitabların əksəriyyətində Orçha Prezident Kitabxanasının möhürü var.

“Unudulmuş dillərdə qədim mətnlər, cild-cild tarixi təsvirlər, elmi traktatlar və şeirlər var. Bəzi kitablar dəri, digərləri nazik ipəklə cildlənib. Onların səhifələri zamanla saralıb ovulsa da, hələ də oxunaqlıdır. Gözlərimə inana bilmirdim. Mən elə doğrudan da xəzinə tapmışdım”, - Kşotria bildirib.

Kitabxana beş mərtəbədən ibarətdir. Zədələnmiş kitablar mütəxəssislərə təhvil verilib. Alimlər artıq bütün kitabları kataloqlaşdırmağa başlayıb.

Hazırda tarixi kitabxananı mədəniyyət mərkəzinə çevirmək təklif olunub.

Bununla, kitabxana alimlər, tarixçilər və turistlər üçün cəlbedici məkana çevrilə bilər.

Qeyd edək ki, dünyanın ən qədim kitabxanası İsgəndəriyyə kitabxanası sayılır. Hazırda ziyarətçilərə təqdim olunan kitabxana orijinal İsgəndəriyyə Kitabxanasının müasir versiyasıdır, qədim kitabxana özü eramızdan əvvəl III əsrdə qurulub və dünyanın ən böyük elmi mərkəzi olub. Orijinal kitabxana yanaraq məhv olsa da, onun əfsanəvi nüfuzu qalır.

VIII əsrdə qurulmuş Müqəddəs Qallen Kitabxanası (İsveçrə) isə Avropanın ən qədim monastır kitabxanalarından biridir və orta əsrlərə aid çoxsaylı nadir əlyazmalar burada saxlanılır.

Dünyanın ən nadir və qədim kitabxanalarından biri də Vatikan Apostol Kitabxanasıdır: 1475-ci ildə təsis edilib. Dünyanın ən mühüm və qədim əlyazma kolleksiyalarından birinə sahibdir.

Digər qədim və nadir kitabxana isə Əl-Qaraviyyin Kitabxanasıdır (Fəs, Mərakeş). Bu kitabxana 859-cu ildə təsis edilmiş universitetlə bağlıdır. Burada islam dünyasına aid nadir əlyazmalar saxlanılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

End of content

No more pages to load

RADİO