Avropasayağı İKİÜZLÜLÜK – Rusiya ilə ticarətin həcmi Ukraynaya yardımdan çox imiş...

Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməkdən bəhs edən Avropa İttifaqı şimal qonşumuzla ticarət tərəfdaşlığından da geri qalmır.

Ukraynaya yardımdan çox, Rusiya ilə ticarət

Almaniyanın Bild nəşrinin məlumatına görə, Avropa İttifaqı 2025-ci ilin ötən müddəti ərzində enerji daşıyıcıları və xammalı üçün Rusiyaya 20 milyard avro ödəyib. Bu isə onların Ukraynaya hərbi yardım üçün ayırdıqları vəsaitdən bir neçə dəfə çoxdur. Ümumilikdə Rusiya qaz, neft kömür və uranın satışından 233 milyard avro qazanıb. Rusiya mallarının əsas alıcıları rolunda isə Fransa və Belçika çıxış edir.

Qeyd edək ki, Paris bu siyahıda çoxdan liderdir. Hətta Politico nəşrinin məlumatına görə, Rusiyanın qaz istehsal edən “Novatek” şirkətinin səhmlərinin bir hissəsi Fransanın neftqaz şirkəti olan TotalEnergies-ə məxsusdur. Buna görə də Parislə Brüssel Rusiya qazının Aİ-yə idxalına qadağa qoyulmasını dəstəkləməkdən imtina edirlər. Bu isə Aİ-nin ikiüzlü siyasət yürütdüyünün daha bir bariz nümunəsidir.

Rusiyanın enerjisi olmasa...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Qərbin ikili, üçlü oyunlar oynaması təəccüblü deyil:

“Qərb siyasi elitasının ikiüzlülüyü yeni fikir deyil. Çoxdan bunun şahidi olmuşuq. Onlar bütün şahmat taxtalarının hamısında oynasalar da, hər birində fərqli-fərqli metodika, yanaşma və oyun nümayiş etdirirlər. Tez-tez ikili standartların tətbiqindən danışırıq. Amma Qərbin bu fonda standartı daha çoxdur.

Məsələ ondadır ki, hər ölkənin coğrafi mövqeyə görə öz yanaşması, təyinatı var. Ukrayna heç zaman Rusiyanın əvəzi rolunu oynaya bilməz. Tək ona görə yox ki, Ukrayna ərazi baxımından Rusiyaya nisbətdə qat-qat balacadır. Məsələ ondadır ki, Rusiyanın gördüyü işləri Ukrayna nə qədər çalışsa da, görə bilməyəcək. Avropa hələ sovet dövründə başa düşürdü ki, Rusiyanın verdiyi enerji daşıyıcıları olmasa, onların inkişafı şübhə altına alınacaq”.

Ekspert qeyd edir ki, Avropa ilə Rusiya təbii şəraitdə tərəfdaş olmalıdır:

“Buna istəməyən üçüncü dövlətlər isə çalışır ki, Almaniya ilə Rusiyanı toqquşdursun. Bunu ona görə edirlər ki, onların başı bir-birinə qarışsın  və bazar mövqeləri üçüncü tərəflərin əlinə keçsin. Məsələn, ABŞ bu prosesdən öz marağı üçün yaxşıca faydalanaraq sıxılmış qazı Avropaya 3 dəfə baha satıb. Bu kimi məsələlər bütün proseslərə işıq salır.

Odur ki, Avropanın ikili, üçlü oyunlar oynaması təəccüblü deyil. Onlar həmişə belə mövqe sərgiləyib. Siyasi aləmdə qlobal dəyişikliklər baş verməyənə, yeni nizam yaranmayana qədər bu belə də qalacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

End of content

No more pages to load

RADİO