Türkiyədə, Bursanın Yenişehir rayonundakı limandan havaya qalxan təlim təyyarəsi texniki nasazlıq səbəbindən Bozüyükdəki boş sahəyə enmək məcburiyyətində qalıb. Təyyarə eniş edərkən qəzaya uğrayıb və tərsinə çevrilib.
Bizim.Media xəbər verir ki, hadisə Bilecikin Bozüyük rayonunda baş verib.
Qəzanı görən vətəndaşlar təcili tibbi yardıma və aidiyyəti qurumlara xəbər veriblər. Nəticədə qadın pilot ağır yaralanıb.
İlkin tibbi müdaxilədən sonra pilot Bozüyük Dövlət Xəstəxanasına aparılıb.
Bizim.Media