Sülh üçün son ümidlər PUÇ OLDU – Ukrayna müharibəsi daha da ALOVLANIR

Xəbər verdiyimiz kimi, iyunun 2-də İstanbulda keçirilən danışıqların ikinci raundunda Rusiya Ukraynaya sülh müqaviləsi üzrə memorandumu təqdim edib. Memorandumdan görünür ki, Rusiyanın sülh təklifləri Ukraynada seçkinin keçirilməsi və daha sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.

Hansı şərtlər irəli sürülüb?

emoranduma görə, Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri Rusiyanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınmalı, Ukrayna Silahlı Qüvvələri bu ərazilərdən tamamilə çıxarılmalıdır.

Sənədə əsasən, Rusiya 6 000 həlak olmuş hərbçinin cəsədini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra, yekun müqavilənin imzalanma tarixini özündə əks etdirən atəşkəs haqqında memorandum imzalanmalıdır.

Bundan sonra 30 günlük atəşkəs elan edilir, daha sonra seçki keçirilir, Ukrayna ərazisində dövlət orqanları formalaşdırılır, ardınca isə müqavilə imzalanır.

Rusiya habelə Ukraynanın neytrallığını, hərbi ittifaqlara qoşulmaqdan imtina etməsini, Ukraynada digər dövlətlərin hərbi fəaliyyətinə qadağa qoyulmasını, qeyri-nüvə statusu, Silahlı Qüvvələrinin maksimum sayının müəyyənləşdirilməsi, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvini, hərbi fəaliyyətlər nəticəsində dəymiş zərərlə bağlı iddialardan qarşılıqlı imtina edilməsini, rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, nasizmin tərənnüm edilməsinə qadağa qoyulmasını da tələb edir.

Sənəddə, həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiqlənməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi mümkündür.

Aydın görünür ki, Kremlin yuxarıda qeyd edilən tələblərini Kiyev qəti şəkildə qəbul etməyəcək. Çünki burada Ukraynanın kapitulyasiyası, itirilmiş ərazilərlə barışması nəzərdə tutulur ki, Kiyevin və onun arxasında dayanan Avropanın bununla razılaşacağı gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, mövcud vəziyyətdə Ukraynada hələ uzun müddət sülh mümkün olmayacaq. 

Ukrayna hələ məğlub olmayıb...

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, mövcud durumda Ukraynada sülhün əldə edilməsi mümkünsüzdür:

“Ukraynada sülhün olmayacağı İstanbulda dünən baş tutan görüşdən xeyli əvvəldən də bəlli idi. Putinin şərtləri Ukrayna üçün heç cür qəbuledilməzdir. O, alçaldıcı, təslim şərtlərini irəli sürüb. Ukrayna da öz növbəsində hesab edir ki, hələ məğlub olmayıb, imkanları var və ona görə də müqavimət göstərə bilər. Bir tərəfdən də müttəfiqlərinə ümid edir”.

Politoloqun fikrincə, bu müharibə daha 1-2 il çəkəcək:

“Müharibə hələ xeyli uzanacaq, 1-2 il davam edəcək. Hər şey Qərbin qətiyyətli mövqeyindən asılıdır. Onlar Kiyevə istədikləri yardımı versə, müharibə tez baş çata bilər. Amma çay qaşığı ilə yardım göstərməkdə davam etsələr, proses hələ uzanacaq”.


Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO/VİDEO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

End of content

No more pages to load

RADİO