Korotçenkodan SENSASİON ETİRAF – “Ukraynanın şərtlərimizi qəbul etməyəcəyini bilirdik” – ÖZƏL

“İstanbulda keçirilən danışıqların gedişi və nəticələri, o cümlədən ikinci raundun yekunları göstərir ki, Kiyev Rusiya təkliflərinə cavab vermək niyyətində deyil. Buna görə də Moskva üçün vacibdir ki, Birləşmiş Ştatların prezidenti Donald Trampın administrasiyası ilə ortaq yanaşma prinsipi qeydə alınsın. Bu yanaşmanın əsası budur ki, sülh danışıqları Ukrayna böhranının həllinin açarıdır”.

Sülh yalnız bu halda mümkündür


Bu fikirləri Bizim.Media-ya açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. İstanbul danışıqlarının növbəti raundunu şərh edən politoloq, Moskvanın şərtlərindən imtina etməyəcəyini bildirib.
 

“Biz bu prosesdə fəal iştirak edirik və daha da önəmlisi – Rusiya memorandumunun əsas tezislərinin formalaşdırılması şəklində siyasi-diplomatik vasitələrlə sülh sazişini, Moskvanın açıqladığı şərtlər və əsas prinsiplər əsasında imzalamağa hazırıq. Lakin realist olaraq gözəl anlayırıq ki, Zelenski hazırda bu sənədi imzalamayacaq, yaxud Ukrayna adından belə bir sazişi imzalamaq barədə göstəriş verməyəcək.


Təəssüf ki, Zelenskinin arxasında Avropa İttifaqı və Böyük Britaniya dayanır. Onlar isə Zelenskini Ukraynadakı hərbi əməliyyatları davam etdirməyə aktiv şəkildə təhrik edirlər. Bu səbəbdən Putin və Zelenski arasında görüş tamamilə nəzəri və çox az ehtimal olunan xarakter daşıyır, çünki Zelenski Rusiyanın təkliflərini qəbul etməyəcək”.

Korotçenko bildirib ki, nəticə olaraq, döyüş əməliyyatları cəbhə xətti boyunca əvvəlki intensivliklə davam edəcək.

Üstəlik, hücum təşəbbüsü Rusiya Silahlı Qüvvələrinin əlindədir:

“Hər gün Rusiya qoşunlarının yeni əraziləri nəzarət altına alması və yeni yaşayış məntəqələrinin azad edilməsi ilə bağlı məlumatlar gəlir. Bu baxımdan, ərazidəki reallıqlar, Ukraynanın hərbi məğlubiyyəti və darmadağın olması Kiyevin real vəziyyəti qəbul etməsinə səbəb olacaq.

Zelenskinin o vaxta qədər hələ də Ukraynanın rəhbəri olub-olmayacağını bilmirik. Lakin mühüm olan budur ki, Rusiya memorandumunda irəli sürülən siyasi hədəflərə yalnız hərbi uğurlar vasitəsilə nail ola bilər, Moskva da hazırda məhz bunu nümayiş etdirir”.

Bəs iki ölkə arasında sülh üçün Rusiyanın konkret təklifləri nədir?

“Əgər Zelenski Ukraynanın məğlubiyyətini, dörd yeni subyektin Rusiya Federasiyasının tərkibinə keçməsini qəbul etsə, Ukrayna ordusunu döyüş zonasından çıxarsa, Ukraynanın NATO-ya üzv olmayacağına dair məcburi razılaşma imzalasa, nüvə və digər kütləvi qırğın silahlarına sahib olmayacağına dair öhdəlik götürsə, eləcə də Ukrayna ordusunun sayına və silahlarının növlərinə dair məhdudiyyətləri qəbul etsə – biz həmin sazişi imzalamağa hazırıq.

Lakin realist olaraq yaxşı anlayırıq ki, bu baş verməyəcək. Buna görə də Trampın gözündə Rusiya danışıqları vicdanla aparıb, öz sülh planını təklif edib, lakin Zelenski bu planı rədd edib. Bu səbəbdən Rusiya Silahlı Qüvvələri, Putinin xüsusi hərbi əməliyyata başlamazdan əvvəl elan etdiyi məqsəd tam yerinə yetirilənə qədər, Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşləri davam etdirəcək”, - deyə İ. Korotçenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Azərbaycan təhsilində İLK – Bu universitetimiz dünya reytinqində ilk yüzlüyə DAXİL OLDU

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Hücumlar zamanı yaralanan Müctəba Xameneidən XƏBƏR VAR

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Salah “Liverpul”u TƏRK EDƏCƏK

Salah “Liverpul”u TƏRK EDƏCƏK

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

“67 yaşında necə 30 yaşındakı kimi görünmək olar?” – VİDEO

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

7 il cəhd etdi, 90 yaşında 1,5 milyon avro QAZANDI

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Bir ailənin bayram sevincinə son qoyan QƏZA – VİDEO

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Zərdabdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

Lukaşenko Şimali Koreyada belə qarşılandı – VİDEO

End of content

No more pages to load

RADİO