Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının sədri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Səsvermə Assambleyanın 80-ci sessiyası zamanı keçirilib. Səsvermədə BMT-yə üzv olan 188 ölkə iştirak edib, onlardan 14-ü bitərəf qalıb. Berbok 167 səs toplayıb. Bununla da Berbok Assambleyaya rəhbərlik edəcək ilk avropalı qadın olacaq.
O, vəzifəsinin icrasına sentyabr ayında başlayacaq.
Qeyd edək ki, Berbok bu vəzifəyə yeganə namizəd idi.
Bizim.Media