Türkiyənin Muğla şəhərində ağır yol qəzası baş verib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, Bodrum rayonunda işçiləri daşıyan avtobusla minik avtomobili toqquşub.
Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Bizim.Media