Finlandiya İranı casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın kəşfiyyat və təhlükəsizlik xidməti Supo bildirib.
O iddia edib ki, İran Finlandiya ərazisində kəşfiyyat fəaliyyətinə başlayıb.
Qeyd edək ki, Finlandiya ilk dəfədir ki, Rusiya və Çinlə birlikdə öz ərazisində kəşfiyyat və casusluq əməliyyatları həyata keçirən ölkələrdən biri kimi İranın adını çəkir.
Bizim.Media