Ukraynada Uşaqların Müdafiəsi Gününün tarixi dəyişdirilib.
Bizim.Media “strana.ua”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.
Sənədə əsasən, Ukraynada Uşaqların Müdafiəsi Günü artıq Ümumdünya Uşaqlar Günündə - 20 noyabrda qeyd olunacaq.
Qeyd edək ki, əvvəllər Ukraynada Uşaqlar Günü hər il 1 iyunda qeyd olunurdu.
Bizim.Media