Türkiyə gələn həftə İstanbulda keçiriləcək danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, rəsmi Ankara planlaşdırılan danışıqların atəşkəsə və bölgədə sülhün təmin olunmasına töhfə verəcəyinə ümid edir.
Xatırladaq ki, danışıqların birinci raundu may ayının 16-da İstanbulda keçirilib.
Bizim.Media