Ukrayna bir ay ərzində Beynəlxalq Valyuta Fondundan (BVF) daha 500 milyon dollar alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
O qeyd edib ki, söhbət indiki dəstək proqramı çərçivəsində növbəti tranşdan gedir.
Bu məbləğdən sonra Kiyevin BVF-dən aldığı ödənişlərin ümumi məbləği 10 milyard dolları keçəcək.
Bizim.Media