Bir neçə gün öncə Tehranda İran parlamentinin sədr müavini Əli Nikzadın oğlu Məhəmməd Həsən Nikzad xüsusi zolaqda şəxsi avtomobili ilə yol polisini vurub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" telegram kanalı yayıb.
Məlumatda bildirilir ki, daha sonra millət vəkilinin oğlu yaralıya kömək etmədən hadisə yerindən qaçıb.
Yol polisinin dərhal xəstəxanaya köçürüldüyü və hazırda vəziyyətinin ağır olduğu bildirilib.
Bizim.Media