İranda güclü zəlzələ olub.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, yerli vaxtla saat 01:20 radələrində Kerman əyalətinin Ciroft şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, 8 kilometr dərinlikdə meydana gələn zəlzələ nəticəsində dağıntıların və insan itkisinin olmağını bildirilib.
Qeyd olunub ki, 5,1 bal gücündəki zəlzələdən 45 dəqiqə sonra Fəryab şəhərində də 3 ballıq zəlzələ qeydə alınıb.
Bizim.Media