ABŞ Prezidenti Donald Tramp, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib.
“Hazırkı mərhələdə biz Prezident Putinlə görüş üzərində işləyirik.
Görək işlər necə gedir. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq. Amma lazım gələrsə, Rusiya və Ukrayna prezidentləri ilə üçtərəfli görüşdə də iştirak edə bilərik ”, – Ağ EV rəhbəri bildirib.
Bizim.Media