Səudiyyə Ərəbistanında şahzadə Məhəmməd bin Salmana qarşı yeni müxalifət hərəkatı yaranıb. Özlərini “Azad maskalılar hərəkatı” adlandıran və üzlərini gizlədən qrup üzvləri dünyəviləşmə və ifadə azadlığına məhdudiyyətlər səbəbilə rəhbərliyə qarşı aksiyalara başlayıblar.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkatın sözçüsü Qəssab ləqəbli şəxs hərbi və mülki addımlar atacaqlarını açıqlayıb və mövcud administrasiyanı sərt şəkildə tənqid edib.
Qəssab yaydığı bəyanatında müsəlman ölkələrindəki hökumətləri hədəf alıb. O, aksiyalar təşkil edəcəyini və hökumətə etirazlarını davam etdirəcəklərini bildirib.
Qəssab həmçinin, Səudiyyə Ərəbistanının hava məkanı və İsraillə ticarət əməkdaşlığını sərt şəkildə tənqid edib.
Bizim.Media