Azərbaycanlı səfiri rahat buraxmayan britaniyalı tibb bacılarının FOTOLARI

Azərbaycanlı diplomat Rafael İbrahimovla İngiltərənin Norzviç şəhərində yerləşən “Delamere Health” klinikasının əməkdaşları arasında yaşanan hadisələrlə bağlı yeni məlumatlar əldə olunub.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, vaxtilə Böyük Britaniya, Norveç və İsveçdə Azərbaycanın səfiri çalışan R.İbrahimov artıq ilyarımdır xoşagəlməz durumla üz-üzədir.

Belə ki, həmyerlimiz 2023-cü il dekabrın 5-də müalicə almaq məqsədilə “Delamere Health” klinikasına müraciət edib.

Tibb müəssisəsini tərk etdikdən sonra R.İbrahimovun özünü “aqressiv” aparması və 3 tibb bacısına qarşı “cinsi təcavüz” göstərməsi iddia olunub.
 

Həmin tibb bacıları - Cesika Bruks, Keyt Bizel və Melani Kregilin peşəkarlığı və ixtisasları Care Quality Commission (CQC) tərəfindən yoxlanılıb.


CQC-nin hazırladığı hesabatda bildirilir ki, Cesika Bruks heç vaxt reabilitasiya klinikasında işləməyib. Onun təcrübəsi kriminologiya, probasiya xidmətləri və məişət zorakılığı qurbanlarına yardım sahələrində olub.

Baş tibb bacısı vəzifəsini yetirən Keyt Bizel bu sahədə çox illik təcrübəsi olmasına baxmayaraq, ümumiləşdirilmiş fiziki narahatlıq və psixi sağlamlıq problemləri yaşayıb. O, “Allergic Foodie” adlı şəxsi biznesini idarə etdiyindən üstəlik əlavə stress və iş yükü ilə üzləşib.

Digər xanım əməkdaş Melani Kregil isə qeyri-müəyyən peşəkar məlumatlara malikdir. Bəzi klinik bacarıqlarda təlim keçmiş olsa da, onun ixtisaslı tibb bacısı olduğuna dair sübut yoxdur.

Bundan başqa, “Delamere Health” klinikasının rəhbəri Mike Delaney barədə də birmənalı rəy verilməyib. Onun başçılıq etdiyi kollektiv cinsi azlıqların təşkilatı olan LGTB-yə yaxınlığı ilə tanınır. “Delamere Health”ın əməkdaşları sosial media səhifələrində və gündəlik həyat tərzində LGTB təbliğinə yönələn addımlar atır, bu təşkilata xüsusi rəğbət göstərirlər.

Klinika əməkdaşlarının qarayaxma kampaniyasından bezən Rafael İbrahimov işgüzar nüfuz və imicinə xələl gətirildiyinə görə Böyük Britaniyada məhkəməyə müraciət edib. Britaniya Tribunal Məhkəməsi (HM Courts and Trubunals) bu il mayın 20-də azərbaycanlı diplomatın xeyrinə qərar çıxarıb.

Araşdırmalar nəticəsində hadisələrin mərkəzində yer alan tibb bacılarının fotolarını əldə etmişik.

Uzun illər Azərbaycan dövlətini səfir kimi uğurla təmsil edən bir şəxsin LGTB fəalları olan bu xanımlara qarşı “cinsi zorakılıq” etməsi yumşaq desək, ağlasığmaz görünür. Bəlkə R.İbrahimovun ailəsinin dediyi kimi, klinikanın əməkdaşlarının məqsədi şantaj yolu ilə qarşı tərəfdən pul qoparmaqdır.
 

Hər bir halda, Rafael İbrahimovun britaniyalı xanımlara qarşı "cinsi təcavüzü” barədə hekayənin necə başa çatacağı maraq doğurur.


Sonda fotoları təqdim edirik:


Cessika Bruks


Melani Kreghil


Keyt Bizel


"Delamere Health” klinikasının tibb bacıları








Rafael İbrahimovun fotoları





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Bu şəxslərin pensiyası övladına veriləcək

Bu şəxslərin pensiyası övladına veriləcək

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Sumqayıtda qandonduran hadisə: “Qardaşımı öldürmək üçün oraya çağırdılar” - VİDEO

Sumqayıtda qandonduran hadisə: “Qardaşımı öldürmək üçün oraya çağırdılar” - VİDEO

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı

End of content

No more pages to load

RADİO