İrəvan Bakının tələblərini yerinə yetirməsə... - Mixaylov

“Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasında istənilən gecikmə İrəvan üçün riskdir”.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov “Moskva-Bakı”ya müsahibəsində Paşinyanın Azərbaycanın tələbi ilə respublika Konstitusiyasının dəyişdirilməsi şərtləri ilə bağlı son bəyanatını şərh edərkən deyib.

“Anlayır ki, müqavilənin imzalanması onun üçün şəxsi təhlükə, hakimiyyətdə qalması, ölkədə sabitliyin pozulması riski daşıyır. Bu iki məqam arasında qalan Paşinyan Bakı ilə sülh sazişinin imzalanmasını gecikdirmək və Ermənistan Konstitusiyasının dəyişdirilməsi strategiyasını saxlamağın daha yaxşı olduğunu başa düşür. Paşinyanın “Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini təsdiq etməsə, şəxsən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təşəbbüsü ilə çıxış edəcəyi” barədə bəyanatları nədənsə inandırıcı görünmür və ümumiyyətlə, heç nə demək deyil.

Təbii ki, Azərbaycanı bu ardıcıllıqlar qane etmir. Bakı sülh sazişi imzalanana qədər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi tamamilə ədalətlidir. Bakı risk etmək istəmir”, - o bildirib.

Mixaylov 2026-cı ildə Ermənistanda parlament seçkisinin keçiriləcəyini də xatırladıb:

“Artıq media da yazır ki, Ermənistan müxalifəti növbəti dəfə Paşinyanın bu seçkidə qalib gəlməsinin qarşısını almağa çalışacaq. Ermənistanın baş naziri bu amili nəzərə alır. Bununla bağlı o da etiraz dalğasından və kvorumun olmamasından ehtiyat etdiyi üçün indi Konstitusiya ilə bağlı referendum keçirmək istəmir. Paşinyana Qərb tərəfdaşları kömək etsə, o, seçkidə qalib gələ bilər. Amma Ermənistan başa düşməlidir ki, Azərbaycanla sülh əldə olunmasa, İrəvan Paşinyanın seçkidə qələbəsindən sonra Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının İrəvanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər”. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Bu şəxslərin pensiyası övladına veriləcək

Bu şəxslərin pensiyası övladına veriləcək

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Sumqayıtda qandonduran hadisə: “Qardaşımı öldürmək üçün oraya çağırdılar” - VİDEO

Sumqayıtda qandonduran hadisə: “Qardaşımı öldürmək üçün oraya çağırdılar” - VİDEO

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı

End of content

No more pages to load

RADİO