İranda zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Kuhgiluye və Boyer-Əhməd əyalətinin Dehdəşt şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, 10 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinə yaxın bölgələrə iki Qızıl Aypara Təşkilatının qiymətləndirmə qrupu göndərilib. Sözügedən əyalətdəki bütün Qızıl Aypara Təşkilatının mərkəzləri həyəcan vəziyyətinə gətirilib.
Hələlik dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.
Bizim.Media