Niderland Ukrayna üçün nəzərdə tutulmuş F-16 qırıcı təyyarələrinin son partiyasını göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, F-16-lar “Folkel” aviabazasından Belçikaya yola salınıb, oradan da Ukraynaya yola salınacaq.
Ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 təyyarəsi verib.
Bizim.Media