Türkiyənin Bingöl vilayətində 3.9 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 20.13-də (Bakı vaxtı ilə saat 21:13) Bingöl vilayətinin Kiğı rayonunda qeydə alınıb.
Zəlzələ 7.02 kilometr dərinlikdə baş verib.
Dağıntılar barədə məlumat verilmir.
Bizim.Media