Tibb bacıları azərbaycanlı diplomatdan nə istəyir? — BÖYÜK BRİTANİYADAKI HADİSƏNİN TƏFƏRRÜATI

Bu ilin fevralında Böyük Britaniyanın kiçik şəhəri olan Norzviçin yerli qəzetində “Azərbaycandan olan keçmiş səfir cinsi zorakılıqda ittiham olundu” adlı məqalə çıxıb. Məqalədə Çesirdəki müalicə müəssisəsi tərəfindən edilən müraciət əsasında Rafael İbrahimovun məhkəmə prosesi haqqında danışılırdı.

Bizim.Media-nın “demokrat.az”a istinadən məlumatına görə, yazının qısa məğzi belədir ki, Azərbaycanın Böyük Britaniyadakı sabiq səfiri R.İbrahimov 2023-cü il dekabrın 5-də özünü pis hiss etdiyindən Çeşirdə yerləşən klinikaya müraciət edib.

İddialara görə, onun davranışı “aqressiv” olub və müalicə müəssisəsində çalışan 3 tibb bacısı “cinsi zorakılığa” məruz qalıb.

Sözügedən məqalə Azərbaycanda da bir neçə nəşrdə çap olunub və müəyyən rezonans doğurub.

Bu iddianın bir tərəfidir. Bəs əslində ilyarım öncə Çeşirdə nə baş verib?

Məsələni tam aydınlaşdırmaqdan ötrü qarşı tərəfin də mövqeyini işıqlandırmaq qərarına gəldik.

Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib. Məlum olub ki, sabiq səfirin ailəsi hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırıb. 20 may 2025-ci ildə Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyirinə qərar qəbul edib.
 

“Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz - Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür.


Ətraflı danışmadan Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Təəssüf ki, bu cəhd müasir dövrün “yeni normaları” adlandırıla bilər və çoxları mediada yayılan yalançı ittihamlarda əziyyət çəkir. Təəssüf ki, Rafael belə məsələlərdə ilk və son qurban deyil.

Lakin biz çox dərin narahatlıq keçirdik ki, "Norzviç" qəzetində çıxan məqalə Böyük Britaniyada heç bir nəşr tərəfindən dəstəklənmədiyi halda  Azərbaycanın bəzi media orqanlarında həvəslə yayılıb. Və azərbaycanlı jurnalistlər məsələni dərindən araşdırmaq üçün nə Rafaelin özü, nə də onun yaxınları ilə əlaqə saxlayıblar.

Biz yaxşı başa düşürük ki, Azərbaycanda çox saylı vicdanlı və peşəkar jurnalist var və onlar açıq şəkildə saxtalaşdırılmış bu hadisəni işıqlandırmaq istəməyiblər.

Bu barədə biz çoxsaylı insanların, o cümlədən bizim tanımadığımız insanların rəylərindən qiymətləndirmə aparırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Mirzoyan: Ermənistanla Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Həmin şəxsin valideyn pensiyasını almaq hüququ yoxdur — VACİB

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

Gəncədə ağır qəza: Yaralılar arasında uşaqlar da var

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bu yaz dörd BÜRCÜN həyatı əbədi dəyişəcək

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

Bayramda çox yeyənlərin nəzərinə: Bunları etməlisiniz

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

ADNSU dünya reytinqində iki fənn üzrə yüksək pillədə qərarlaşıb - FOTO

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

Dubay milyonçuları süni intellektdən müharibədən hara qaçacaqlarını soruşdular - Aldıqları CAVAB

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

ABŞ-dan İranla bağlı GÖZLƏNİLMƏZ ADDIM - Danışıqlar təklifi nəyə hesablanıb? - Brayzadan ÖZƏL AÇIQLAMA

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

İran rəsmisi: İran ABŞ-nin təklifinə müsbət cavab verməyib

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Qazaxıstan hökuməti: Xəzər dənizi ilə bağlı yeni layihə hazırlanır

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Avropada ilk dəfə: İnsan "quş qripi"nə yoluxdu

Abubakar “Neftçi”ni tərk edir?

Abubakar “Neftçi”ni tərk edir?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Azərbaycan bu il neçə ton çay ixrac edib?

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Evini ChatGPT vasitəsilə satdı: 100 min dollar daha çox qazandı

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Servis mərkəzlərində gizli tələ: Müştəriləri belə aldadırlar

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

Apreldə yeni iş təklifi alacaq BÜRCLƏR

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

İrandan İsrailin ən böyük elektrik stansiyasına raket hücumu – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

End of content

No more pages to load

RADİO