Alimlər Günəşin üzərində qeyri-adi bir obyekt müşahidə ediblər. Onların sözlərinə görə, bu obyekt nəhəng quş siluetini xatırladır və ölçüsü Yer kürəsindən 10 dəfə böyükdür.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Məlumata əsasən, obyektin “qanad” kimi görünən hissəsi təxminən 150 min kilometr uzunluğundadır. Obyektin mənbəyi və təbiəti barədə hələlik dəqiq elmi izah verilməyib. (Globalinfo.az)
Bizim.Media