Tailandda "Bell 212" polis helikopteri qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Huahin kurort şəhərindən 40 km cənubda, Praçuapkhirikhan əyalətində baş verib.
Qəza nəticəsində üç nəfər ölüb, bir nəfər isə paraşütlə tullanaraq xilas ola bilib.
Bizim.Media