Rusiyanın Orlov vilayətinin Narışkino kəndində təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, ilkin ehtimallara görə, qəzaya səbəb hava gəmisinin mühərrikindəki nasazlıq olub.
Qəza nəticəsində iki nəfər - ehtimal ki, pilot və bort mühəndisi həlak olub.
Qeyd edək ki, Mi-8 helikopteri Smolensk vilayətinə, Vyazemski rayonundakı baza aerodromuna uçurmuş.
Bizim.Media